Ceki Çanın Bakıdakı film çəkilişlərinin tibbi tərəfdaşı "Mərcan Hospital" olub ®
Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı "Mərcan Hospital" olub.
"Mərcan Hospital" tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib.
İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz təşkilini vacib edən əsas amillərdən olub. Fiziki hazırlıq və xüsusi təhlükəsizlik tədbirləri tələb edən səhnələr də daxil olmaqla, çəkiliş prosesi zamanı ilkin tibbi yardım yerində həyata keçirilib. Əlavə müayinə və tibbi nəzarət tələb olunan hallarda isə film heyətinin Mərcan Hospitala müraciəti təmin olunub, zəruri diaqnostik prosedurlar aparılıb.
Çəkilişlərin yekununda filmin baş rol ifaçıları Ceki Çan və Nikita Yefremov "Mərcan Hospital"ın tibbi komandasına göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər. Aktyorlar hospital əməkdaşları ilə xatirə fotosu çəkdirib və Mərcan Hospitalın tibbi formasını imzalayıblar.
Qeyd edək ki, "Mərcan Hospital" Azərbaycanın özəl sektorundan layihədə iştirak edən yeganə brend olub. Beynəlxalq miqyaslı kino layihəsində yerli səhiyyə müəssisəsinin tibbi tərəfdaş qismində iştirakı Azərbaycanın özəl tibb sektorunun bu tip irimiqyaslı layihələrin tibbi təminatını həyata keçirmək imkanlarını nümayiş etdirib.
View this post on Instagram
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb


















