Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul edilib
Azərbaycan Respublikası nüfuzlu Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.
Bununla yanaşı, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində həyata keçirilən işlərin, rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılmış əsas rəqəmsal layihələrin DCO və üzv ölkələrlə paylaşılması, eləcə də təcrübə mübadiləsinin aparılması Azərbaycanın gələcəkdə rəqəmsal məhsul və xidmətlər üzrə ixrac potensialının artırılmasına xidmət edəcəkdir. Bu layihələr sırasında vətəndaş, dövlət qurumu və bizneslər üçün vahid elektron xidmət sistemi olan “mygov” və “mygov Business” platformaları, dövlət rəqəmsal xidmətləri arasında fasiləsiz məlumat mübadiləsini təmin edən "Digital Bridge", təhlükəsiz vahid giriş sistemi "Digital Login", qurumlararası sənəd idarəçiliyini optimallaşdıran Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD), eləcə də pulsuz biometrik rəqəmsal imza həlli olan SIMA yer alır.
DCO-ya üzvlük Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.
2020-ci ilin noyabr ayında təsis edilən DCO, rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb






















