Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
“insanaÇin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir.
Marja xəbər verir ki, humanoid robotların kommersiya baxımından nə dərəcədə perspektivli olması ilə bağlı suallar qalsa da, bu, “Xpeng” kimi şirkətləri robot istehsalı planlarını elan etməkdən çəkindirməyib. Bu addımlar Çində elektromobil satışlarının 2021-ci ildən bəri ən zəif illik nəticəyə doğru getdiyi bir dövrə təsadüf edir.
“Counterpoint Research” şirkətinin direktor müavini Kevin Linin sözlərinə görə, elektromobil istehsalçıları bununla “kapital bazarlarında qiymətləndirmə hekayəsini” dəyişməyə çalışırlar.
O bildirib ki, avtomobil istehsalçıları eyni zamanda özlərini daha çox texnologiya şirkəti kimi təqdim etmək və biznes üçün ikinci artım mənbəyi yaratmaq istəyirlər.
“Xpeng”in səhmləri bu il 45%-dən çox ucuzlaşıb və şirkət əsas elektromobil istehsalçıları arasında ən zəif nəticə göstərənlərdən biridir. Elektromobil nəhəngi BYD-nin səhmləri isə satışların azalması fonunda 13%-dən çox dəyər itirib.
“Counterpoint”in məlumatına görə, avqust ayına olan vəziyyətə əsasən, dünyada humanoid robotlar sektoruna daxili inkişaf, investisiya və ya inkubasiya yolu ilə daxil olmuş təxminən 20 avtomobil şirkətinin yarıdan çoxu Çin istehsalçılarıdır.
NIO elektromobil şirkətinin vençur bölməsi də “LimX Dynamics” və “Acorn Robot” daxil olmaqla bir neçə humanoid robot startapına investisiya yatırıb.
Biznesin şaxələndirilməsi Çinin elektromobil istehsalçılarının artım tempinin zəifləməsi və rentabelliyin aşağı düşməsi ilə üzləşdiyi dövrə təsadüf edir.
“Counterpoint”in Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına istinadən bildirdiyinə görə, 2026-cı ilin ilk yarısında Çinin avtomobil istehsalı sektorunda orta mənfəət marjası cəmi 1,5% təşkil edib.
“Xiaomi”, “Li Auto” və “Geely” də robot texnologiyaları sektorunda addımlar atan elektromobil istehsalçıları sırasındadır. Lakin şirkətlərin bu sahədə strategiyaları fərqlənir.
“Fitch Ratings”in Asiya-Sakit okean regionu üzrə korporativ reytinqlər direktoru Jing Yang bildirib ki, elektromobil bazarında, xüsusilə Çin daxilində, artımın zəifləməsi və gəlirliliyin azalması fonunda robototexnika kimi yeni tətbiq sahələrinə keçid təbii strateji addımdır.
Onun sözlərinə görə, bu, şirkətlərə alternativ artım mənbələri tapmağa, ortaq qabaqcıl texnologiyalardan daha geniş istifadə etməklə miqyas effektinə nail olmağa və orta müddətdə gəlirliliyi potensial olaraq artırmağa imkan verə bilər.
Lakin investorlar hələlik bu hekayəyə tam inanmırlar.
“Xpeng”in səhmləri şirkətin ötən ay robototexnika biznesi üçün 900 milyon dollar vəsait cəlb etməsindən sonra ucuzlaşıb. Şirkətin məlumatına görə, bu, Çinin “embodied AI” – fiziki avadanlıqla inteqrasiya olunmuş süni intellekt – sektorunda indiyədək keçirilmiş ən böyük tək investisiya raundudur.
Maliyyələşdirmə raundu nəticəsində “Xpeng”in robototexnika bölməsi 6,3 milyard dollardan çox qiymətləndirilib. “Citi”nin hesablamalarına görə, bu göstərici “Xpeng”in elektromobil biznesinin təxmin edilən 6,5 milyard dollarlıq dəyərinə demək olar ki, bərabərdir.
Çin şirkətlərinin “Tesla” qarşısında üstünlüyü ola bilər
Çin avtomobil istehsalçılarının robototexnikaya yönəlməsi ABŞ-da “Tesla”nın “Optimus” humanoid robotunu inkişaf etdirməsi ilə müəyyən oxşarlıqlara malikdir.
Lakin “Jefferies Hong Kong”un baş tədqiqat analitiki Xiaoyi Lei hesab edir ki, Çin istehsalçılarının bu sahədə özünəməxsus üstünlükləri var.
Onun sözlərinə görə, Çin avtomobil istehsalçıları mövcud təchizat zəncirinin əhəmiyyətli hissəsindən humanoid robotların istehsalında da istifadə edə bilərlər.
Məsələn, “Xpeng” humanoid robotlar üçün elektromobillərində istifadə etdiyi mühərriklərin, çiplərin və ağıllı sürücülük proqram təminatının 85%-dən istifadə edə bilər.
Analitikin sözlərinə görə, robotlar dərhal avtomobil istehsalçılarının mağazalarında və zavodlarında işə salına bilər. Bu isə şirkətlərə robotları istehlakçıların almasını gözləmədən real iş mühitində istifadə etməyə imkan verir.
“Xpeng” çərşənbə axşamı bildirib ki, humanoid robotlarının kütləvi istehsalına bu ilin sonunadək başlamağı planlaşdırır.
İlk mərhələdə robotların şirkətin öz mağazalarında və biznes obyektlərində istifadə olunması nəzərdə tutulur. 2027-ci ildə isə “Xpeng” robotlarını həm Çin, həm də xarici bazarlarda daha geniş satışa çıxarmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
8 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
























