Azərbaycanın Neft Fondu Asiyanın iri investorları ilə bir Şurada
ARDNF Asiyanın nəhəng fondları ilə yeni investisiya şurası yaratdı.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası ("CIC"), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu olan "Khazanah Nasional Berhad", Malayziyanın pensiya fondu olan "Kumpulan Wang Persaraan (Diperbadankan)" və İndoneziya İnvestisiya Qurumu ("INA") tərəfindən Çin-ASEAN Birgə İnvestisiya Şurası ("CAJIC" və ya "Şura") təsis edilib. Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT") çərçivəsində elan olunub.
Marja.az ARDNF-ə istinadən xəbər verir ki, “CIC”-nin təşəbbüsü ilə yaradılan və Katibliyinin fəaliyyətini "CGS International Securities Pte. Ltd." şirkətinin həyata keçirdiyi “CAJIC” suveren sərvət fondlarını və digər aparıcı institusional investorları Çin və Cənub-Şərqi Asiya üzrə uzunmüddətli əlaqələrin gücləndirilməsi, investisiya yanaşmalarının mübadiləsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir araya gətirir.
Şuranın fəaliyyəti üç əsas istiqaməti əhatə edəcəkdir: Tərəfdaşlıq və əlaqələrin inkişafı – investisiya forumları, dəyirmi masalar və rəhbər səviyyəli proqramlar vasitəsilə institusional əlaqələrin gücləndirilməsi; Bilik və təcrübə mübadiləsi – tədqiqatların aparılması, bilik və təcrübənin paylaşılması; Kapital və investisiya əməkdaşlığı – qarşılıqlı maraq doğuran sahələr üzrə ayrıca idarəetmə mexanizmləri əsasında investisiya təşəbbüslərinin həyata keçirilməsi.
ARDNF üçün “CAJIC”-in təsis edilməsi Fondun regionda formalaşdırdığı investisiya əlaqələrinin inkişafında növbəti mərhələdir. Çin bazarında on ildən artıq müddətdə formalaşmış investisiya təcrübəsinə əsaslanan ARDNF son illərdə aparıcı Çin institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirib. 2025-ci ilin aprelində ARDNF ilə “CIC” arasında imzalanmış Anlaşma Memorandumu daha dərin investisiya əməkdaşlığı, bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı faydalı təşəbbüslərin inkişafı üçün strateji çərçivə yaradıb.
Bu əməkdaşlıq 2026-cı ilin aprelində ARDNF, “CIC” və “INA” tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramının ("CAIP") yaradılması ilə yeni mərhələyə keçib. Suveren investorların rəhbərlik etdiyi özəl kapital platforması ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları həcmində vəsait cəlb edib, proqramın hədəf ölçüsü isə 1 milyard ABŞ dollarıdır. “CAIP” Çin və Cənub-Şərqi Asiya arasında dərinləşən iqtisadi və sənaye əlaqələrinin yaratdığı uzunmüddətli investisiya imkanlarına fokuslanır və sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya daxil olmaqla bir sıra sahələri əhatə edir.
“CAIP” və “CAJIC” ayrı, lakin bir-birini tamamlayan təşəbbüslərdir. “CAJIC” institusional əlaqələrin inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün daha geniş platforma rolunu oynayır. “CAIP” isə iştirakçı suveren institutlara birgə idarəetmə mexanizmi çərçivəsində konkret investisiya imkanlarına kapital yönəltməyə şərait yaradır. “CAJIC” eyni zamanda ARDNF-nin daha geniş suveren və uzunmüddətli investorlar şəbəkəsi ilə əlaqələrinin genişlənməsinə, regional bazarlar və investisiya mühiti üzrə biliklərin dərinləşdirilməsinə, eləcə də yeni institusional tərəfdaşlıqların formalaşdırılması imkanlarının araşdırılmasına töhfə verir. “CAIP” “CAJIC”-dən ayrıca idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir.
Bu təşəbbüslər Azərbaycan üçün daha geniş strateji əhəmiyyət də daşıyır. Orta Dəhlizin Asiya və Avropa arasında əlaqələrin gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasında strateji mövqeyini daha da önəmli edir. Bununla yanaşı, ARDNF-nin Asiyanın aparıcı suveren və uzunmüddətli investorları ilə əməkdaşlığının genişlənməsi regionla maliyyə və institusional əlaqələrin dərinləşməsinə töhfə verir. “CAIP” və “CAJIC” bu əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli investisiya əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.
Qeyd edilib ki, “CAJIC”-in təsisçi üzvü kimi ARDNF qlobal institusional investor kimi öz təcrübəsi ilə Şuranın fəaliyyətinə töhfə verməklə yanaşı, regionun aparıcı suveren investisiya institutları ilə əlaqələrin genişləndirilməsini davam etdirəcəkdir. Uzunmüddətli investor üçün etibarlı tərəfdaşlar, yerli bazarlar üzrə bilik və güclü institutlarla birgə investisiya imkanları kapitala çıxış qədər əhəmiyyətli ola bilər. Bu baxımdan, Şurada iştirak Fondun portfelinin uzunmüddətli şaxələndirilməsi və strateji tərəfdaşlıqların qurulması yanaşmasını tamamlayır, yüksək keyfiyyətli investisiya imkanlarına çıxışın genişləndirilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























