Azərbaycan qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edib
Azərbaycanda qiymətli metallar və qiymətli daşlarla bağlı yeni dövlət standartları qəbul edilib.
Bunu açıqlamasında "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri, "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına daxil edilmiş "Gümüş və onun əsasında ərintilər. Markalar", "Platin və onun əsasında ərintilər. Markalar", eləcə də "Təbii, becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyaları - Terminologiya və təsnifat" standartları qəbul edilib:
"Standartlar Texniki Komitədə hazırlanıb və maraqlı tərəflərin razılığı əsasında konsensus yolu ilə qəbul olunub. "Gümüş və onun əsasında ərintilər. Markalar" standartı texniki təyinatlı məmulatların istehsalında istifadə olunan gümüş və gümüş əsaslı ərintilərin markalarını müəyyən edir. Sənəd bu ərintilərdən vərəq, lent, zolaq, folqa, məftil, boru və profil, həmçinin tökmə pəstah və digər formalarda yarımfabrikatların hazırlanmasını əhatə edir".
R.Əmircanov qeyd edib ki, "Platin və onun əsasında ərintilər. Markalar" standartı isə cihazqayırmada və sənayenin digər sahələrində tətbiq edilən platin və platin əsaslı ərintilərin markalarını müəyyənləşdirir:
"Bu standart əsasən yüksək texniki tələblərin irəli sürüldüyü sahələrdə istifadə üçün vərəq, lent, folqa, məftil, boru, profil və ştamplanmış məmulatlar şəklində hazırlanan yarımfabrikatlara şamil olunur. Qəbul edilmiş üçüncü standart isə Ümumdünya Zərgərlik Konfederasiyasının (CIBJO) "Mavi Mirvari Kitabı" əsasında hazırlanıb. Standart təbii, becərilmiş və kompozit becərilmiş mirvarilər, həmçinin mirvari imitasiyaları üzrə kommersiya dövriyyəsində və zərgərlik ticarətində istifadə olunan terminologiyanı, təsnifatı və nomenklaturanı müəyyən edir. Standartın layihəsi qəbul edilməzdən əvvəl nəzərdən keçirilməsi üçün CIBJO-ya, o cümlədən təşkilatın prezidenti Qaetano Kavalyeriyə təqdim olunub. CIBJO prezidenti layihəni təşkilatın nəzərdən keçirəcəyini və İtaliyanın Viçentsa şəhərində keçiriləcək CIBJO-nun 100 illik yubiley konqresində təqdim olunmasının nəzərdə tutulduğunu bildirib".
O əlavə edib ki, layihənin CIBJO-ya təqdim olunması onun beynəlxalq peşəkar müstəvidə tanıdılması və müzakirəsi baxımından əhəmiyyətlidir:
"İclasda, həmçinin, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin (İMEM) və Texniki Komitənin mütəxəssislərinin hazırladığı "Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması" milli standart layihəsi müzakirə edilib. Layihə Azərbaycan qanunvericiliyinin tələbləri, həmçinin ölkədə tətbiq olunan əyarlama və damğalama prosedurları əsasında hazırlanıb. Bu, qiymətli metallar sahəsində müstəqil şəkildə hazırlanmış ilk milli standart layihəsidir. İclasda sənədin strukturu və əsas müddəaları ətraflı nəzərdən keçirilib".
© "Report"
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















