Zərgərlik bazarında yeni qaydalar hazırlanır – İlk dövlət standartı müzakirədədir
Azərbaycanda zərgərlik məmulatları üçün ilk dövlət standartı hazırlanır. Qızıl və gümüş məmulatlarının damğalanması ilə bağlı yeni standart gəlir."Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib. İclasda qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırma üzrə aktual məsələlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər və fəaliyyət istiqamətləri müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC-nin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak edib.
İclas zamanı “Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması” dövlət standartının layihəsi müzakirə olunub. Sənədin qiymətli metallar sahəsində yerli qanunvericilik və mövcud təcrübə nəzərə alınmaqla hazırlanmış ilk dövlət standartı layihəsi olduğu bildirilib.
Bundan əlavə, “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində növbəti ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə edilib. Bununla bağlı, ISO 13756:2024 “Zərgərlik və qiymətli metallar — Gümüşün təyini — Natrium xlorid və ya kalium xloriddən istifadə etməklə potensiometrik üsul” və ГОСТ 30649-99 “Qiymətli metallar əsasında zərgərlik ərintiləri. Markalar” standartları əsasında dövlət standartlarının qəbul edilməsi, AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metal ərintilərinin əyarları” dövlət standartının dövri yoxlanılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
Sonda AZSTAND/TK 36-nın Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq "Gümüş və onun əsasında ərintilər. Markalar", "Platin və onun əsasında ərintilər. Markalar" və "Təbii becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyalar – Terminologiya və təsnifat (nomenklatura)" dövlət standartları layihələrinin Texniki Komitənin üzvləri tərəfindən müzakirə edilərək qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, AZSTAND/TK 36 qiymətli metallar və qiymətli daşlar sahəsində standartlaşdırma fəaliyyətinin təşkili, müvafiq standartların hazırlanması və beynəlxalq təcrübənin tətbiqinin təmin edilməsi məqsədilə İMEM-in bazasında yaradılıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















