ABŞ, Husilərin hücumlarını artırdığı bir vaxtda Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq F-35 qırıcı təyyarələrinin satışını təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanına təxminən 50 ədəd F-35 döyüş təyyarəsinin potensial satışını təsdiqləyib. Marja xəbər verir ki, müqavilənin ümumi dəyəri 24,3 milyard dollar qiymətləndirilir.
Paketə “Lockheed Martin” şirkətinin istehsalı olan 48 ədəd F-35 döyüş təyyarəsi, həmçinin “Pratt & Whitney” şirkətinin 49 mühərriki və digər ehtiyat hissələri daxildir.
ABŞ Dövlət Departamenti açıqlamasında bildirib ki, təklif olunan satış Körfəz regionunda siyasi sabitlik və iqtisadi inkişaf baxımından mühüm tərəfdaş hesab edilən, NATO üzvü olmayan əsas müttəfiqlərdən birinin təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək.
Açıqlama Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanındakı hədəflərə hücumlarını artırdığı və strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazına nəzarəti genişləndirməyə yönəlmiş əməliyyatlar keçirdiyi bir dövrdə verilib.
Tramp administrasiyası bildirib ki, mümkün satış Ər-Riyadın mövcud və gələcək təhdidlərin qarşısını almaq imkanlarını gücləndirəcək. Bununla yanaşı, Vaşinqtonun mövqeyinə görə, sövdələşmə regiondakı hərbi balansı dəyişməyəcək. Bu yanaşma ABŞ-ın İsrailin Yaxın Şərqdə potensial rəqibləri üzərində hərbi üstünlüyünün qorunmasına dair uzunmüddətli siyasəti ilə əlaqələndirilir.
Konqresin müqaviləni nəzərdən keçirmək və onun qarşısını almağa cəhd göstərmək üçün 30 günü var. Bəzi qanunvericilər artıq mümkün satışla bağlı narahatlıqlarını ifadə ediblər.
ABŞ Nümayəndələr Palatasının üzvü Raja Krişnamurti bildirib ki, Vaşinqton belə bir sövdələşməni irəli aparmamalıdır. Onun sözlərinə görə, ABŞ kəşfiyyat qurumlarının qiymətləndirmələri ən qabaqcıl Amerika hərbi texnologiyalarının Çin Kommunist Partiyasının əlinə keçə biləcəyi riskinə işarə edir.
Krişnamurti sosial şəbəkədə yaydığı açıqlamada ABŞ-ın ən qabaqcıl döyüş təyyarəsini onun texnologiyalarının Çin tərəfinin əlinə keçməsi ehtimalı olan şəraitdə satmamalı olduğunu vurğulayıb.
ABŞ Konqresi daha əvvəl də Səudiyyə Ərəbistanına silah satışları ilə bağlı suallar qaldırıb. Bu müzakirələr xüsusilə 2018-ci ildə Səudiyyə Ərəbistanı hakimiyyətinin tənqidçisi olan jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra güclənmişdi.
Ötən ilin mayında Tramp Səudiyyə Ərəbistanını və ölkə rəhbərliyini yüksək qiymətləndirmişdi. Həmin vaxt Ağ Ev Səudiyyə Ərəbistanının ABŞ-la bir sıra razılaşmalar çərçivəsində 600 milyard dollarlıq investisiya öhdəliyi götürdüyünü açıqlamışdı.
Razılaşmalar arasında təxminən 142 milyard dollarlıq müdafiə satışı paketi də yer alırdı. Ağ Ev həmin vaxt bildirmişdi ki, bu paket ABŞ-ın ondan çox müdafiə şirkətinin ən müasir hərbi texnika və xidmətlərini əhatə edəcək.
Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla yaxın münasibətlərə malikdir və ötən ilin noyabrında onu Ağ Evdə qəbul etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























