22 dövlət müəssisəsinin maliyyə vəziyyəti yoxlanılıb
II rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb. Yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.Dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin daha səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2026-cı ilin II rübü üzrə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən 22 dövlət müəssisəsinin monitorinqi başa çatdırılıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun olaraq həyata keçirilən monitorinqin nəticələri üzrə hesabat hazırlanaraq təqdim edilib.
Monitorinq zamanı dövlət müəssisələrinin maliyyə nəticələri və fəaliyyət göstəriciləri təhlil olunub, onların fəaliyyəti nəticəsində yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.
Yeni monitorinq mexanizminin tətbiqi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və idarəetmə qərarlarının daha dolğun maliyyə məlumatları əsasında qəbul edilməsinə imkan yaradır.
Monitorinqin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir. Belə ki, 2026-cı ilin I rübündə 10 dövlət müəssisəsi monitorinqə cəlb edildiyi halda, II rübdə bu göstərici 22 dövlət müəssisəsinə çatdırılıb. Növbəti rüblərdə monitorinqə cəlb olunan dövlət müəssisələrinin sayının daha da artırılması nəzərdə tutulur.
Monitorinq mexanizminin mərhələli şəkildə genişləndirilməsi dövlət müəssisələrinin maliyyə fəaliyyətinin daha sistemli qiymətləndirilməsinə, fiskal risklərin vaxtında müəyyənləşdirilməsinə və dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















