ARDNF 1 trilyon dollarlıq nəhənglə strateji tərəfdaşlığa başlayır - Regiona qlobal kapital cəlb ediləcək
ARDNF və “Brookfield” Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır. Əməkdaşlıq özəl kapital və enerji sahələrində investisiya imkanlarının araşdırılmasını və regiona qlobal institusional kapitalın cəlb olunmasını nəzərdə tutur. “Brookfield” Azərbaycanda daha fəal olacaq.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və qlobal investisiya şirkəti olan “Brookfield” Azərbaycan, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda investisiya imkanlarının birgə araşdırılması məqsədilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Marja.az- ARDNF-ə istinadən xəbər veri ki, tərəfdaşlıq “Brookfield” şirkətinin qlobal investisiya və əməliyyat təcrübəsi ilə ARDNF-nin region üzrə dərin ekspertizasını və geniş institusional əlaqələrini bir araya gətirəcək.
Əməkdaşlıq çərçivəsində tərəflər enerji və özəl kapital başda olmaqla müxtəlif sahələrdə perspektivli investisiya imkanlarını araşdıracaq, eyni zamanda qlobal institusional investorların regionda investisiya imkanlarına çıxışının genişləndirilməsinə töhfə verəcəklər.
Tərəfdaşlıq “Brookfield”in Azərbaycanda fəaliyyət imkanlarının və əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Əməkdaşlığın növbəti mərhələlərində digər beynəlxalq institusional investorların da cəlb olunması və bununla investisiyaların daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur.
“Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konnor Teski bildirib: “Artan enerji tələbatı, zəngin resurslar və qlobal kapitalın cəlb olunmasına verilən önəm Azərbaycan və bütövlükdə region üçün əhəmiyyətli və uzunmüddətli investisiya imkanları yaradır. ARDNF ilə uzun illər ərzində formalaşmış əməkdaşlıq münasibətlərimiz mövcuddur və bu tərəfdaşlıq həmin möhkəm təməllər üzərində qurulur. Birgə imkanlarımızdan istifadə etməklə yüksək keyfiyyətli investisiya imkanlarını müəyyənləşdirməyi və regiona əlavə institusional kapitalın cəlb olunmasına töhfə verməyi hədəfləyirik.”
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib: “Brookfield” ilə qurulan bu tərəfdaşlıq aparıcı qlobal investorlarla əməkdaşlığın daha da dərinləşdirilməsi və regiona uzunmüddətli institusional kapitalın cəlb olunması istiqamətində yanaşmamızı əks etdirir. ‘Brookfield’in geniş investisiya və əməliyyat təcrübəsini nəzərə alaraq, regionun davamlı iqtisadi inkişafına töhfə verə biləcək investisiya imkanlarının birgə müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial görürük.”
Hər gün yeni vakansiyalar - AzVak.az-da
“Brookfield” idarəetməsində 1 trilyon ABŞ dollarından çox aktiv olan aparıcı qlobal investisiya şirkətidir. Şirkət qlobal iqtisadiyyatın əsasını təşkil edən real aktivlərə və mühüm xidmət sahələrində fəaliyyət göstərən bizneslərə investisiya yatırır, eləcə də onların idarə olunmasını həyata keçirir“Brookfield” dünyanın müxtəlif ölkələrində institusional və fərdi investorlar adından infrastruktur, enerji, özəl kapital, daşınmaz əmlak və kredit sahələrinə sərmayə yatırır. Bu istiqamətlər iqtisadi artımın və məhsuldarlığın təmin olunmasında mühüm rol oynayır.
Bir əsrdən artıq tarixə malik olan və 30-dan çox ölkədə fəaliyyət göstərən “Brookfield” uzunmüddətli investisiya yanaşması əsasında müasir iqtisadiyyatın dayanıqlı inkişafı və qarşılıqlı əlaqələrinin gücləndirilməsi üçün əhəmiyyət daşıyan aktiv və bizneslərin inkişafına sərmayə qoyur. Şirkət bu yanaşma ilə müştəriləri üçün uzunmüddətli dəyər yaratmağa və səhmdarları üçün risklər nəzərə alınmaqla yüksək gəlirlilik təmin etməyə çalışır.
Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 72 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 19 d. əvvəl
-
3 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
7 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
7 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib






















