ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Maliyyə Qrupu ilin ilk yarısı üzrə aralıq konsolidə edilmiş maliyyə nəticələrini açıqlayıbABB Maliyyə Qrupu (ABB və törəmələri) 2026-cı ilin ilk yarısı üzrə aralıq konsolidə edilmiş maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Maliyyə Qrupu biznes həcmlərinin artımını davam etdirib, kredit portfelini və müştəri vəsaitlərini genişləndirib, əsas gəlir istiqamətlərində müsbət dinamika nümayiş etdirib. Bununla yanaşı, artan biznes aktivliyi fonunda kredit zərəri üzrə xərclər və əməliyyat xərcləri də yüksəlib.
Marja.az hesabata istinadən xəbər verir ki, 30 iyun 2026-cı il tarixinə ABB Maliyyə Qrupunun ümumi aktivləri 2025-ci ilin sonundakı 14,3 milyard manatdan 15,9 milyard manata yüksəlib. Bu, ilin əvvəlindən təxminən 11,5% artım deməkdir. Aktivlərin artımında əsas amillərdən biri kredit portfelinin genişlənməsi, digər mühüm amil isə likvid vəsaitlərin əhəmiyyətli artımı olub.
Müştərilərə verilmiş kreditlərin ümumi həcmi də artımını davam etdirib. 30 iyun 2026-cı il tarixinə müştərilərə verilmiş ümumi kreditlər 7,72 milyard manat, kredit zərəri ehtiyatları çıxıldıqdan sonra xalis kredit portfeli isə 7,37 milyard manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 6,87 milyard manat idi. Beləliklə, xalis kredit portfeli təxminən 7,3% artıb.
İnvestisiya qiymətli kağızlarının balans dəyəri 3,31 milyard manatdan 2,90 milyard manata azalaraq təxminən 414 milyon manat aşağı düşüb. Azalma xüsusilə dövlət və korporativ borc qiymətli kağızlarında müşahidə olunub. Bu dəyişiklik aktiv strukturunda qiymətli kağızlardan daha likvid vəsaitlərə və kreditlərə doğru müəyyən yenidən bölgünü göstərir.
Maliyyələşmə bazasının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb
30 iyun 2026-cı il tarixinə ABB Maliyyə Qrupunun (Bank və törəmələri) digər borc vəsaitlərinin həcmi 2025-ci ilin sonundakı 974,1 milyon manatdan 1,41 milyard manata yüksəlib. Bu artım əsasən repo əməliyyatları, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaitləri və xarici maliyyə institutlarından cəlb olunan borclanmalar hesabına formalaşıb. Belə ki, qeyri-rezident maliyyə institutlarından müddətli borclanmalar 391,9 milyon manat, repo öhdəlikləri 535,6 milyon manat, AİKZF üzrə maliyyələşmə isə 378,6 milyon manat təşkil edib. Bank beynəlxalq maliyyələşmə imkanlarını da genişləndirib. 2025-ci ildə cəlb edilmiş 200 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit 2026-cı ildə müddəti 2027-ci ilin may ayınadək uzadılmaqla 230 milyon ABŞ dollarına qədər artırılıb. Bu, ABB-nin xarici maliyyə institutlarından maliyyə resurslarına çıxışının davam etdiyini göstərir.
Yerli kapital bazarında da maliyyələşmə alətlərindən istifadə genişlənib. 2026-cı ildə ABB Bakı Fond Birjasında açıq yerləşdirmə yolu ilə ümumi nominal dəyəri 30 milyon manat olan əlavə yerli istiqrazlar buraxıb. 30 iyun 2026-cı il tarixinə Bankın dövriyyədə olan yerli istiqrazlarının ümumi balans dəyəri 130,6 milyon manat təşkil edib.
30 iyun 2026-cı il tarixinə ABB Maliyyə Qrupunun ümumi kapitalı 2,56 milyard manat təşkil edib və 2025-ci ilin sonu ilə müqayisədə demək olar ki, sabit qalıb. Hesabat dövründə 206,6 milyon manat xalis mənfəət əldə olunub və eyni zamanda səhmdarlara 200 milyon manat dividend elan edilib.
Bankın likvidlik mövqeyi də əhəmiyyətli dərəcədə güclənib.
Pul və pul ekvivalentlərinin həcmi 2025-ci ilin sonundakı 1,73 milyard manatdan 3,31 milyard manata yüksəlib. Bu artım əsasən mərkəzi banklardakı cari hesabların və 90 günədək ilkin müddətə malik müxbir hesablar və depozitlərin artımı hesabına baş verib.
2026-cı ilin ilk altı ayında ABB Qrupunun vergidən əvvəl mənfəəti 282,8 milyon manat təşkil edib
2026-cı ilin ilk altı ayında ABB Maliyyə Qrupunun faiz gəlirləri 621,2 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 575,4 milyon manat idi. Faiz gəlirlərinin artımında əsas rol müştərilərə verilmiş kreditlər üzrə gəlirlərin yüksəlməsinə məxsus olub. Kreditlər üzrə faiz gəlirləri 401,7 milyon manatdan 482,0 milyon manata çatıb.
Eyni zamanda maliyyələşmə xərclərində də artım müşahidə olunub. Faiz xərcləri 2025-ci ilin ilk yarısındakı 199,3 milyon manatdan 231,0 milyon manata yüksəlib. Bunun nəticəsində xalis faiz gəliri 376,1 milyon manatdan 390,3 milyon manata çataraq təxminən 3,8% artıb.
Komissiya gəlirləri Bankın gəlir dinamikasında daha yüksək artım göstərən istiqamətlərdən biri olub. 2026-cı ilin ilk yarısında komissiya gəlirləri 170,4 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 132,7 milyon manat idi. Beləliklə, komissiya gəlirləri təxminən 28,4% artıb. Komissiya xərcləri isə 88,5 milyon manatdan 95,1 milyon manata yüksəlib.
Xarici valyuta əməliyyatlarından gəlirlər də yüksək səviyyədə qalıb. Xarici valyuta ilə əməliyyatlardan dealing gəliri 2026-cı ilin ilk yarısında 87,0 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, sabit qalıb.
2026-cı ilin ilk altı ayında ABB Maliyyə Qrupunun (Bank və törəmələri) vergidən əvvəl mənfəəti 282,8 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 263,8 milyon manat idi. Xalis mənfəət isə 204,8 milyon manatdan 206,6 milyon manata yüksəlib.
Bankın gəlirlərində müsbət dinamika ilə yanaşı, bəzi xərc göstəricilərində artım da müşahidə olunub. Kredit zərəri üzrə xərclər 2025-ci ilin ilk yarısındakı 31,4 milyon manatdan 47,8 milyon manata yüksəlib. Bu səbəbdən kredit zərəri xərcləri nəzərə alındıqdan sonra xalis faiz gəliri 344,7 milyon manatdan 342,5 milyon manata qədər azalıb.
Əməliyyat xərcləri də artıb. 2026-cı ilin ilk yarısında əməliyyat xərcləri 237,5 milyon manat təşkil edib, halbuki ötən ilin eyni dövründə bu göstərici 200,2 milyon manat idi. Buna baxmayaraq, qeyri-faiz zərəri 80,9 milyon manatdan 59,7 milyon manata qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
3 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
3 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
3 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
4 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®























