Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
Azərbaycan iqtisadiyyatı 102 milyard manatı ötüb – Sənayedə geriləmə var. Azərbaycanda iqtisadi artım 1,5%-ə düşüb – Neft-qaz sektorunda azalma2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5% çoxdur. Neft-qaz sektorunda 1,2% azalma, qeyri-neft-qaz sektorunda isə 2,6% artım qeydə alınıb.
Marja.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektorunda yaradılan ÜDM-in həcmi 30 milyard 326,5 milyon manat, qeyri-neft-qaz sektorunda isə 71 milyard 721,7 milyon manat təşkil edib.
Sənaye istehsalı azalıb, investisiyalar artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 51 milyard 178,1 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövründən real ifadədə 0,8% azdır.
Bununla belə, qeyri-neft-qaz sənayesində 5,4% artım qeydə alınıb. Bu sahədə istehsalın həcmi 16 milyard 558 milyon manata çatıb.
Hesabat dövründə əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu göstərici illik müqayisədə 10,9% artıb.
Qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 9 milyard 813,4 milyon manat təşkil edib və 3,1% artıb.
Ticarət və xidmət sektorlarında artım davam edib
Cari ilin 9 ayında pərakəndə ticarət dövriyyəsi 50 milyard 774,7 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 3,8% artıb.
Nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 10%, informasiya və rabitə xidmətlərində isə 11,1% real artım qeydə alınıb.
Kənd təsərrüfatı məhsulunun həcmi 11 milyard 905,3 milyon manat təşkil edib. Bu sahədə artım 1,1% olub.
Büdcədə təxminən 4 milyard manat profisit yaranıb
2026-cı ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat, xərcləri isə 25 milyard 348,2 milyon manat təşkil edib. Nəticədə dövlət büdcəsində 3 milyard 963,9 milyon manat profisit qeydə alınıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Əhalinin gəlirləri və əməkhaqqı artıb
2026-cı ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 72 milyard 711,7 milyon manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən 9,6% çoxdur.
Yanvar-avqust aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1173 manat təşkil edib və illik müqayisədə 7,2% artıb.
Sentyabrın yekunlarına əsasən, istehlak qiymətləri indeksi illik müqayisədə yanvar-sentyabr dövrü üçün 5,7% artım göstərib.
İxrac artıb, idxal kəskin azalıb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 934,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% çoxdur.
İxracın həcmi 36,2% artaraq 22 milyard 511,5 milyon dollara çatıb. İdxal isə 24,1% azalaraq 11 milyard 423,4 milyon dollar olub.
Nəticədə xarici ticarətdə təxminən 11,1 milyard dollarlıq müsbət saldo formalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft-qaz ixracının həcmi 6 milyard 278,8 milyon dollar olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Əsas Makroiqtisadi Göstəricilərin İcmalı
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb




















