970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla

AZAL-ın Moskva reyslərində ciddi dəyişiklik – Təyyarə Sankt-Peterburqa məcburi eniş edib, iki reys təxirə salınıb. Rusiya hava məkanındakı məhdudiyyətlər AZAL-ın uçuşlarına mane olub. Axşam uçuşları təxirə salınıb.
AzVak-mobil_resmin_ustu_31
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib.

Bildirilib ki, hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb.

“Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb. Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir. Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar. Azərbaycan Hava Yolları üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir”, - məlumatda qeyd olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AZAL Azərbaycan Hava Yolları AZAL Moskva reysləri AZAL uçuşları 9 oktyabr 2026 Bakı Moskva reysi Bakı Domodedovo Bakı Vnukovo Sankt-Peterburqa məcburi eniş AZAL təyyarəsi J2-185 J2-186 J2-805 J2-806 Rusiya hava məkanı uçuş məhdudiyyətləri təxirə salınan reyslər Moskva Bakı uçuşları Heydər Əliyev Beynəlxalq Aeroportu aviareyslərin təxirə salınması AZAL son xəbərlər.
09.10.2026 20:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19