Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə kiçik həcmdə maliyyə vəsaitinə ehtiyacı olan sahibkarlar üçün mikrokredit məhsulunu təqdim edir.

ABİF-in yaydığı məlumatda bildirilir ki, bu kredit məhsulu layihənin məqsədinə, fəaliyyət sahəsinə və maliyyə ehtiyacına uyğun seçilir.

Mikrokreditlər 15 min manatdan 50 min manatadək məbləğdə, 60 ayadək müddətə təqdim olunur. Güzəşt müddəti kredit müddətinin yarısınadək müəyyən edilir. Kredit məbləğinin 50%-dək hissəsi tikinti və təmir xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər. Kredit üzrə illik faiz dərəcəsi layihənin fəaliyyət sahəsindən asılı olaraq əsas əhəmiyyətli sahələrdə 7%-dək, digər əhəmiyyətli sahələrdə isə 8%-dək təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün kreditin aşağı həddi 10 min manatdır və illik faiz dərəcəsi 5% təşkil edir.

Məhsulun əsas üstünlüyü investisiya və əməliyyat xərclərinin vahid kredit çərçivəsində maliyyələşdirilməsinə imkan verməsidir. Bu, sahibkarlara layihələrinin həyata keçirilməsi və cari fəaliyyətlərinin maliyyələşdirilməsi üçün çevik imkan yaradır.

Qeyd edilib ki, güzəştli kredit, dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri üzrə əsas əhəmiyyətli sahələrə qeyri-neft sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, strateji logistika və təchizat zənciri infrastrukturu aiddir. Digər əhəmiyyətli sahələrə əsas siyahıya daxil edilməyən digər qeyri-neft sənayesi layihələri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma, saxlama və ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmət infrastrukturu, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər, eləcə də digər xidmət və kommersiya infrastrukturu daxildir.

ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. O, həmçinin, maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.

ABİF kreditləşmə fəaliyyətində yeni yanaşmaları tətbiq edir

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi, investisiya layihələrinin daha çevik və məqsədyönlü maliyyələşdirilməsi məqsədilə kreditləşmə fəaliyyətində yeni yanaşmalar tətbiq olunur.

Yeni yanaşma çərçivəsində sahibkarların fəaliyyət istiqaməti, layihənin məqsədi və maliyyələşdirmə ehtiyacından asılı olaraq müxtəlif kredit məhsullarından istifadə imkanları təqdim edilir.

YAŞIL KREDİT

Yaşıl layihələrin kapital xərclərinin maliyyələşdirilməsi

Məbləğ: 50 min manatdan yuxarı 10 mln manatadək

Kredit müddəti: 120 ayadək

Güzəşt müddəti: kredit müddətinin yarısınadək

Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək

Şəxsi kapital tələbi: 500 min manatdan yuxarı kreditlər üzrə layihə dəyərinin minimum 20%-i

Faiz dərəcəsi: 5%-dək (faiz bölgüsü: ABİF – 1%, MKT – 4%-dək)

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏR ÜZRƏ KREDİT

İnvestisiya layihələrinin kapital xərclərinin maliyyələşdirilməsi

Məbləğ: 10 min manatdan yuxarı 10 mln manatadək

Kredit müddəti: 120 ayadək

Güzəşt müddəti: kredit müddətinin yarısınadək

Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək

Şəxsi kapital tələbi: 500 min manatdan yuxarı kreditlər üzrə layihə dəyərinin minimum 20%-i

Faiz dərəcəsi: 5%-dək (faiz bölgüsü: ABİF – 1%, MKT – 4%-dək)

ƏSAS VƏSAİT KREDİTİ

İnvestisiya layihələri üzrə kapital xərclərinin maliyyələşdirilməsi

Məbləğ: 50 min manatdan yuxarı 10 mln manatadək

Kredit müddəti: 120 ayadək

Güzəşt müddəti: kredit müddətinin yarısınadək

Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək

Şəxsi kapital tələbi: 500 min manatdan yuxarı kreditlər üzrə layihə dəyərinin minimum 20%-i

Faiz dərəcəsi: əsas əhəmiyyətli sahələrdə 7%-dək (faiz bölgüsü: ABİF – 2%, MKT – 5%-dək), digər sahələrdə 8%-dək (faiz bölgüsü: ABİF – 3%, MKT – 5%-dək)

DÖVRİYYƏ KREDİTİ

İnvestisiya layihələri üzrə əməliyyat xərclərinin maliyyələşdirilməsi

Məbləğ: əsas əhəmiyyətli sahələrdə 50 min manatdan yuxarı 3 mln manatadək, digər sahələrdə 50 min manatdan yuxarı 1 mln manatadək

Kredit müddəti: 18 ayadək

Güzəşt müddəti: 6 ayadək

Faiz dərəcəsi: 8%-dək (faiz bölgüsü: ABİF – 3%, MKT – 5%-dək)

MİKRO KREDİT

Kapital və əməliyyat xərclərinin maliyyələşdirilməsi

Məbləğ: 15 min manatdan yuxarı 50 min manatadək

Kredit müddəti: 60 ayadək

Güzəşt müddəti: kredit müddətinin yarısınadək

Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək

Faiz dərəcəsi: əsas əhəmiyyətli sahələrdə 7%-dək (faiz bölgüsü: ABİF – 2%, MKT – 5%-dək), digər sahələrdə 8%-dək (faiz bölgüsü: ABİF – 3%, MKT – 5%-dək)

STRATEJİ LAYİHƏ KREDİTİ

İxrac, xarici investisiya və “nou-hau” komponentli iri layihələr

Məbləğ: 10 mln manatdan yuxarı 30 mln manatadək

Kredit müddəti: 120 ayadək

Güzəşt müddəti: kredit müddətinin yarısınadək

Faiz dərəcəsi: 6%-dək (faiz bölgüsü: ABİF – 2%, MKT – 4%-dək)

QEYD 1: Sahibkar ABİF krediti əldə edərkən maksimum 1 % həcmində komissiya haqqı ödəyə bilər.

Layihəniz üçün uyğun maliyyələşmə imkanını müəyyən edin (abdf.az)

Sahibkar üçün hansı kredit məhsulu uyğundur?

·       Yaşıl layihə və kapital xərcləri → Yaşıl kredit

·       İşğaldan azad edilmiş ərazilərdə kapital xərcləri → İşğaldan azad edilmiş ərazilər üzrə kredit

·       Əsas vəsait və kapital xərcləri → Əsas vəsait krediti

·       Əməliyyat xərcləri (xammal və material alışı) → Dövriyyə krediti

·       Kapital və əməliyyat xərclərini qarşılamaq üçün kiçik həcmli ehtiyac (15–50 min manat) → Mikro kredit

·       İri, ixrac yönümlü, xarici investisiya və ya nou-hau komponentli layihə → Strateji layihə krediti

Yeni məhsul yanaşmasında maliyyələşdirmə alətinin seçimi layihənin məqsədinə, fəaliyyət sahəsinə, maliyyə ehtiyacına və layihənin xüsusiyyətlərinə uyğun müəyyən edilir.

PRİORİTET İSTİQAMƏTLƏR

Güzəştli kredit, dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri üzrə müəyyən edilmiş prioritet istiqamətlər müəyyən edilmişdir.

Əsas əhəmiyyətli sahələr kimi müəyyən edilmişdir:

1.     Qeyri-neft sənayesi

2.    Yaşıl taksonomiya

3.    Strateji kənd təsərrüfatı

4.    Strateji logistika və təchizat zənciri infrastrukturu

Digər əhəmiyyətli sahələrə əsas əhəmiyyətli sahələrə daxil olmayan aşağıdakı sahələr daxildir.

1.     Əsas siyahıya daxil edilməyən digər qeyri-neft sənayesi layihələri

2.     Kənd təsərrüfatı, balıqçılıq və akvakultura

3.     Rəqəmsal inkişaf və İKT layihələri

4.     Yükdaşıma, saxlama və ictimai sərnişindaşıma

5.     Turizm və yerləşdirmə infrastrukturu

6.     Səhiyyə, təhsil və sosial xidmət infrastrukturu

7.     İstehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər

8.     Digər xidmət və kommersiya infrastrukturu

Azərbaycan Biznesinin İnkişafı Fondu ABİF sahibkarlara kredit güzəştli kreditlər mikrokredit biznes krediti 50 min manat kredit 5 faiz kredit 7 faiz kredit 8 faiz kredit 60 ay kredit 30 ay güzəşt müddəti dövlət dəstəkli kredit kiçik və orta biznes KOB Qarabağda sahibkarlıq Şərqi Zəngəzur İqtisadiyyat Nazirliyi sahibkarlığın maliyyələşdirilməsi investisiya krediti.
22.10.2026 16:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19