Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
Yığımlardan 3,7 dəfə sürətli artım! Azərbaycanda sığorta bazarında yığımlar 8%, ödənişlər 29% artıb. Sığorta şirkətlərinin ödənişləri 200 milyon manata yaxın artıb. Sığorta bazarında diqqətçəkən fərq: hər 100 manatdan 71 manatı ödənişə gedibAzərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib.
Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta şirkətləri 1 milyard 248 milyon 485 min manat sığorta haqqı toplayıblar. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91 milyon 231 min manat və ya 7,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 198 milyon 826 min manat və ya 29,1% artaraq 882 milyon 723 min manata çatıb.
Beləliklə, sığorta ödənişlərinin artım tempi yığımların artım tempindən təxminən 3,7 dəfə yüksək olub.
2025-ci ilin ilk doqquz ayında toplanmış hər 100 manat sığorta haqqına 59,1 manat ödəniş düşdüyü halda, 2026-cı ilin eyni dövründə bu göstərici 70,7 manata yüksəlib.
Sığorta haqları ilə ödənişlər arasındakı fərq isə 473,4 milyon manatdan 365,8 milyon manata düşüb.
Bu fərq sığorta şirkətlərinin mənfəəti hesab edilmir. Sığorta fəaliyyətinin yekun maliyyə nəticələri investisiya gəlirləri, əməliyyat xərcləri, ehtiyatlar və təkrarsığorta əməliyyatlarından da asılıdır.
Müştərilərin xəbərləri
“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq: Məhkəməyə müraciət ediləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 5 d. əvvəl
- 14 d. əvvəl
-
19 d. əvvəl
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
- 22 d. əvvəl
- 27 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
-
33 d. əvvəl
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Tikinti sektorunda yeni islahatlara başlayır: tikintiyə icazə prosedurları dəyişdiriləcək – Komissiya yaradıldı
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
Azərbaycanda mal əti istehsalı azalıb – rəsmi rəqəmlər
Ən çox oxunanlar
Oktyabrın 27-də gözlənilən hava şəraiti
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb
























