970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

PAŞA Həyatın ödənişləri yığımlarına yaxınlaşıb. Şirkət 9 ayda 549 milyon manata yaxın ödəniş edib. PAŞA Həyatda ödənişlər 121 milyon manatdan çox artıb. Sığorta bazarındakı ödənişlərin 62%-i bir şirkətin payına düşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PAŞA Həyat Sığorta” ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb.

Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin eyni dövründəki 427 milyon 62 min manatdan 548 milyon 526 min manata yüksəlib. Beləliklə, ödənişlər 121 milyon 464 min manat və ya 28,4% artıb.

Bu dövrdə şirkətin topladığı sığorta haqları isə 530 milyon 839 min manatdan 568 milyon 351 min manata çatıb. Artım 37 milyon 512 min manat və ya 7,1% təşkil edib.

Nəticədə ödənişlərin sığorta haqlarına nisbəti 80,5%-dən 96,5%-ə yüksəlib.

Müqayisə göstərir ki, şirkətin ödənişləri yığımlardan təxminən dörd dəfə sürətlə artıb.

2026-cı ilin ilk 9 ayında ölkənin bütün sığorta şirkətləri tərəfindən həyata keçirilmiş ödənişlərin 62,1%-i “PAŞA Həyat Sığorta”nın payına düşüb.

Həyat sığortasında yüksək ödəniş həcmi müddəti başa çatmış yığım müqavilələri ilə də əlaqəli ola bilər. Buna görə ödənişlərin yüksək olması təkbaşına zərərlilik göstəricisi kimi qiymətləndirilmir.

26.10.2026 12:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19