970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!

Mənzil almaq və investisiya yatırmaq istəyənlər üçün daha bir fürsət: Bakıda böyük daşınmaz əmlak sərgisi keçiriləcək. 70-dən çox şirkət, 20 min ziyarətçi gözləntisi. Mənzil almaq və investisiya qoymaq istəyənlər üçün Bakıda böyük sərgi
AzVak-mobil_resmin_ustu_31
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bakı 4-6 noyabrda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan AIREX 2026-ya ev sahibliyi edəcək. Avropadan Asiyaya müxtəlif ölkələri təmsil edən 70-dən artıq yerli və beynəlxalq şirkətin iştirak edəcəyi sərgiyə 20 min ziyarətçinin gələcəyi gözlənilir.

Sərgi ərəfəsində PAŞA Property Management tərəfindən keçirilən mətbuat konfransında tədbirin proqramı, iştirakçılar və ziyarətçilər üçün nəzərdə tutulan imkanlar, eləcə də daşınmaz əmlak sektorunun inkişaf perspektivləri barədə məlumat verilib.

AIREX 2026 mənzil almaq və daşınmaz əmlaka sərmayə qoymaq istəyənlərlə yanaşı, investorları və daşınmaz əmlak sektorunun peşəkarlarını da bir araya gətirəcək. Sərgi ziyarətçilərə yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək və şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradacaq.

PAŞA Property Management şirkətinin baş icraçı direktoru Tural Əliyev sərginin əhəmiyyətini belə şərh edib:

“AIREX 2026-nı daşınmaz əmlak bazarının müxtəlif iştirakçılarını vahid platformada bir araya gətirmək və sektorun inkişafına töhfə vermək baxımından mühüm təşəbbüs kimi qiymətləndiririk. Sərgi mənzil almaq və daşınmaz əmlaka investisiya qoymaq istəyənlərdən tutmuş, sahənin peşəkar iştirakçılarınadək geniş auditoriya üçün nəzərdə tutulub. Azərbaycandakı layihələrlə yanaşı, xarici bazarlardakı imkanları araşdıran ziyarətçilər də beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşə biləcəklər. İnanırıq ki, AIREX 2026 daşınmaz əmlak sektorunda əməkdaşlığın genişlənməsinə və yeni işgüzar əlaqələrin qurulmasına şərait yaradacaq”.

PAŞA Property Management şirkətinin kommersiya direktoru Riad Salayev isə sərginin ziyarətçilər və sektorun peşəkar iştirakçıları üçün yaradacağı imkanlara diqqət çəkib:

“AIREX 2026 ziyarətçilərə yerli və beynəlxalq daşınmaz əmlak layihələri ilə yaxından tanış olmaq, onların konsepsiyası, infrastrukturu və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə etmək imkanı yaradacaq. Şirkət nümayəndələri ilə birbaşa ünsiyyət ziyarətçilərə layihələrin xüsusiyyətlərini daha yaxşı anlamağa və onları öz gözləntilərinə uyğun qiymətləndirməyə kömək edəcək. Sərgi, eyni zamanda, daşınmaz əmlak bazarının iştirakçıları arasında peşəkar dialoqun inkişafı, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayacaq”.

Sərgi proqramında hansı mövzular müzakirə olunacaq?

Üç gün davam edəcək proqram çərçivəsində beş panel müzakirəsi, şirkət təqdimatları və sektorda yeni yanaşmalara həsr olunan tədbirlər keçiriləcək. Müzakirələrdə Azərbaycanın şəhərsalma perspektivləri, yeni inkişaf layihələri, brend rezidensiyalar, premium yaşayış layihələri, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti, eləcə də maliyyə və texnologiya şirkətlərinin daşınmaz əmlak sektoru ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.

AIREX 2026 ziyarətçilərə maraqlandıqları layihələrin nümayəndələri ilə üz-üzə görüşmək, vacib detalları dəqiqləşdirmək və layihələri öz ehtiyaclarına uyğun qiymətləndirmək imkanı yaradacaq. Sərgi çərçivəsində ziyarətçilər layihələr barədə ətraflı məlumat əldə edə, növbəti addımları isə şirkət nümayəndələri ilə müzakirə edə biləcəklər.

AIREX 2026-nın sponsorları PAŞA Real Estate Qrup, Baku City Residences, Sea Breeze, PMD Group, Bakı Ağ Şəhər və ABB-dir. Sərgi Times Consulting-in strateji tərəfdaşlığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə keçiriləcək.

Sərgiyə giriş ödənişsizdir.

Ziyarətçilər daha sürətli giriş üçün əvvəlcədən qeydiyyatdan keçəvə ya sərgi günlərində məkanda qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat: airex.az/az

AIREX 2026 AIREX Bakı daşınmaz əmlak sərgisi Bakıda əmlak sərgisi 4 noyabr 2026 6 noyabr 2026 PAŞA Property Management PAŞA Real Estate Baku City Residences Sea Breeze PMD Group Bakı Ağ Şəhər ABB daşınmaz əmlak investisiyaları Bakıda yeni mənzillər xaricdə daşınmaz əmlak beynəlxalq investisiya sərgisi tikinti şirkətləri premium yaşayış kompleksləri brend rezidensiyalar Azərbaycanda daşınmaz əmlak bazarı AIREX qeydiyyat.
27.10.2026 15:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19