İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat, xərcləri 25 milyard 348,2 milyon manat olmuş, 3 milyard 963,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Dövlət büdcəsinin gəlirləri
2026-cı ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 28 milyard 524,4 milyon manat proqnoza qarşı 29 milyard 311,8 milyon manat və yaxud 787,4 milyon manat (2,8 faiz) çox icra edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19 milyard 683,8 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 13 milyard 630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9 milyard 628 milyon manatı və ya 32,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 973,3 milyon manatı və ya 17 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür
2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 913,4 milyon manat və ya 7,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,9 milyon manat və ya 25,9 faiz, sair daxilolmalardan 84,3 milyon manat və ya 20,6 faiz çox, gömrük orqanlarının xətti ilə 10,7 milyon manat və ya 0,2 faiz,dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 208,5milyon manat və ya 27,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir
Cari ilin doqquz ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 225,3 milyon manat və ya 4,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,7 milyon manat və ya 25,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 63,2 milyon manat və ya 13,2 faiz çox vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 55,9 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz-bənd çox) təşkil etməklə 16 milyard 381,3 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 161,9 milyon manat və ya 1,0 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1 milyard 388,4 milyon manat və ya 9,3 faiz çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 63,0 faizini və ya 10 milyard 327,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,4 faizini və ya 4 milyard 973,3 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 543,2 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 493,7 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 43,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 12 milyard 930,5 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 625,5 milyon manat və ya 5,1 faiz çoxdur.
2026-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 25,5 faizi və ya 3 milyard 302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 74,5 faizi və ya 9 milyard 628 milyon manatı (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1232,7 milyon manat və ya 11,4 faiz az) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 faizi və ya 1 milyard 301,6 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 46,6 faizi və ya 1 milyard 539,8 milyon manatı Şahdəniz qaz-kondensat layihəsi üzrə mənfəət vergisi, 14 faizi və ya 461,1 milyon manatı Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində mənfəət vergisi hesabına olmuşdur.
Dövlət büdcəsinin xərcləri
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2026-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra edilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 680 milyon manat və ya 2,8 faiz çoxdur.
Cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 16 milyard 613,7 milyon manatı və ya 65,6 faizi cari xərclərə (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 567,3 milyon manat və ya 10,4 faiz çox), 7284,7 milyon manatı və ya 28,7 faizi əsaslı xərclərə (2025-ci ilin eyni dövrü ilə müqayisədə 820,3 milyon manat və ya 10,1 faiz az), 1 milyard 449,8 milyon manatı və ya 5,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilmişdir.
Bu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 49,9 faizi və ya 12 milyard 643,0 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və ya 14,9 faiz çoxdur.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq bölmələr səviyyəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 246,8 milyon manat, iqtisadi fəaliyyət xərcləri 4203,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 529,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 34 milyard 36,7 milyon manat, təhsil xərcləri 3 milyard 121,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 2 milyard 197,5 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 1 milyard 179,1 milyon manat, səhiyyə xərcləri 953,8 milyon manat, kənd təsərrüfatı xərcləri 750,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 340,8 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 221,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 166,7 milyon manat məbləğində icra edilmişdir.
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-sentyabr aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 7 milyard 842,5 milyon manat, qeyri-maliyyə aktivləri 6 milyard 709,5 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 3 milyard 716,1 milyon manat, sosial ödənişlər 2 milyard 426,9 milyon manat, qrantlar və digər ödənişlər 2 milyard 349,5 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 766,9 milyon manat, faizlər üzrə ödənişlər 702,1 milyon manat, subsidiyalar 629,9 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 156,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 48,5 milyon manat icra edilib.
2026-cı ilin yanvar-sentyabr aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 1 milyard 623,8 milyon manat vəsait sərf olunmuşdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 1761,4 milyon manat vəsait istifadə olunmuşdur.
Həmin vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 177,1 milyon manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilmişdir.
Ehtiyat fondlar üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 49,2 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 468,4 milyon manat, cəm olaraq 517,6 milyon manat vəsait istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti: 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Operativ məlumatlara əsasən cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 397,2 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1052,6 milyon manat olmaqla (əsas borc üzrə 766,9 milyon manat, faiz borcu üzrə 285,7 milyon manat), ümumilikdə 1449,8 milyon manatın ödənilməsi təmin edilmişdir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 oktyabr tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 509,5 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən cari ilin 1 oktyabr tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizini təşkil etmişdir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 oktyabr tarixinə 16 milyard 230,1 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 11,8 faizini təşkil etmişdir.
İcmal büdcə
2026-cı ilin doqquz ayında icmal büdcənin gəlirləri 36 milyard 730,4 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat icra olunmuşdur. İcmal büdcədə 6 milyard 640,5 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 6 milyard 369,5 milyon manat, xərcləri 6 milyard 188,6 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 183,4 milyon manat, xərcləri 139,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 milyard 499,3 milyon manat, xərcləri 1 milyard 720,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 12 milyard 341,4 milyon manat, xərcləri 9 milyard 655,7 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 308,3 milyon manat, xərcləri 320,7 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
7 d. əvvəl
Mərkəzi Bank yerli ödəniş alətini hazırlayıb, hazırda sınaqları həyata keçirilir
-
13 d. əvvəl
Taleh Kazımov: Kartdan-karta 66 milyard manat köçürülməsi normal deyil
-
18 d. əvvəl
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
- 29 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu


























