Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub

Azərbaycanda vergi yığımları 1,7 milyard manat artdı – 10 aylıq nəticələr. Vergi daxilolmaları 16 milyard manatı keçdi – Proqnoz 1,3 milyard manat üstələndi
AzVak-mobil_resmin_ustu_31
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar – oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 274,2 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 686,8 milyon manat və ya 11,7 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11 milyard 776,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 297,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 364,6 milyon manat və ya 13,1 faiz artıb.

2026-cı ilin yanvar – oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat olub, proqnozdan əlavə 297,1 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 838,5 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub, proqnozdan əlavə 8,3 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 156,5 milyon manat təşkil edib. 

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 849,3 milyon manatdan çox olub, proqnozdan əlavə 20,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 570,9 milyon manata yaxın təşkil edib.

Yeni iş axtarırsınız? Azvak.az veb-saytına baxa bilərsiniz

05.11.2026 15:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19