970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, ölkənin baş baytar müfəttişi Qalib Əbdüləliyev Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

Onun sözlərinə görə, bəzi sahibkarlar daşınma zamanı qida təhlükəsizliyi tələbləri və hüquqi baza barədə məlumatsızdır: "Burada bizim də günahımız var. Gərək daha çox təbliğat, maarifləndirmə işləri görək. Amma qanunu bilməmək adamı məsuliyyətdən qurtarmır. Əgər siz həmin fəaliyyətlə məşğulsunuzsa, özünüz də təşəbbüs göstərməlisiniz. "Baytarlıq haqqında" qanunda nəzarət olunmalı yüklərin siyahısı var və ora balıqçılıq məhsulları da daxildir".

Şöbə müdiri qeyd edib ki, emal olunmamış məhsulların daşınması zamanı söhbət təkcə diri balıqdan getmir: "Balıq qida üçün istehlaka buraxılır və emal olunmuş məhsulların hamısı baytarlığın nəzarətinə aid olan yükə aiddir. Xaricə də balıqçılıq məhsulları göndərəndə mütləq baytarlıq sertifikatı həmin ölkənin idxal tələblərinə uyğunlaşdırılmalıdır. Ondan sonra bizim ərazi regional bölməsi baytarlıq şəhadətnaməsi verməli, məhsul yola salınmalıdır. Bunların hamısı baytarlıq haqqında yeni qanunvericilikdə var, hansı ki, indi o qanun üzərində iş gedir. Sənəd by yaxınlarda müzakirəyə təqdim olunacaq".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Report

05.11.2026 15:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19