Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
Gözəllik salonlarına nağd ödənişlər üçün 8%, nağdsız ödənişlər üçün 6% vergi təklif olunur. Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik yeni vergi rejimi. Azərbaycanda istehsal edilən traktorlara 6 illik vergi güzəşti təklif olunur. Otellərə əcnəbi müştərilər üzrə 50%-dək mənfəət vergisi güzəşti. Sökülən binaların mülkiyyətçilərinə verilən kompensasiya sahələri ilə bağlı yeni vergi qaydası.Azərbaycanda 2027-ci ildən ayrı-ayrı sektorların dəstəklənməsi məqsədilə kənd təsərrüfatı texnikasının istehsalı, turizm, ikinci əl avtomobil satışı, mənzillərin təkrar satışı, gözəllik xidmətləri və ölkədaxili yükdaşıma üzrə yeni vergi mexanizmlərinin tətbiqi təklif edilir.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.
İKİNCİ ƏL AVTOMOBİLLƏRİN SATIŞINDA ƏDV TİCARƏT ƏLAVƏSİNDƏN HESABLANACAQ
Təklifə əsasən, rəsmi dilerlər tərəfindən fiziki şəxslərdən nağdsız qaydada alınmış və istehsal tarixi 5 ildən çox olmayan ikinci əl avtomobillərin satışı zamanı ƏDV-nin 3 il müddətinə ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.
MƏNZİLLƏRİN TƏKRAR SATIŞINA YENİ VERGİ MEXANİZMİ
Hüquqi şəxslər, o cümlədən tikinti şirkətləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin 3 il müddətinə ticarət əlavəsindən hesablanması təklif edilir.
SÖKÜLƏN BİNALARIN MÜLKİYYƏTÇİLƏRİNƏ VERİLƏN SAHƏLƏRLƏ BAĞLI GÜZƏŞT
Layihədə sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binadan verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin vergi tutulan gəlirlərə aid edilməməsi nəzərdə tutulur. Artıq sahə verildiyi halda isə 20 faiz həddində artıq sahənin də vergi tutulan gəlirlərə aid edilməməsi təklif edilir.
Eyni zamanda, çəkilmiş məsrəflərin gəlirdən çıxılması, habelə bu dövriyyələrin ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
GÖZƏLLİK XİDMƏTLƏRİ ÜZRƏ YENİ VERGİ DƏRƏCƏLƏRİ
Gözəllik xidmətləri sektorunda 5 il müddətinə nağd dövriyyə üzrə 8 faiz, nağdsız dövriyyə üzrə isə 6 faiz sadələşdirilmiş vergi dərəcəsinin tətbiqi hüququnun verilməsi təklif edilir. Bundan əlavə, ƏDV ödəyiciləri üçün POS-terminal vasitəsilə formalaşan nağdsız dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması nəzərdə tutulur.
YÜKDAŞIMA SAHƏSİNDƏ 8 FAİZ SADƏLƏŞDİRİLMİŞ VERGİ
Ölkədaxili yükdaşıma ilə məşğul olan şəxslərə 5 il müddətinə gəlir (mənfəət) vergisi ilə yanaşı dövriyyədən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəmək hüququnun verilməsi təklif olunur.
OTELLƏRƏ ƏCNƏBİ MÜŞTƏRİLƏR ÜZRƏ VERGİ GÜZƏŞTİ
Otellərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətlər üzrə dövriyyəsinin ümumi dövriyyədəki payına mütənasib olan mənfəətinin 2027-ci il yanvarın 1-dən 5 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur. Bu güzəştin yuxarı həddi 50 faiz müəyyən edilib.
YERLİ İSTEHSAL TRAKTORLARA 6 İLLİK VERGİ GÜZƏŞTİ
2027-ci il yanvarın 1-dən 6 il müddətinə ölkədə istehsal olunan kənd təsərrüfatı təyinatlı traktorların satışının ƏDV-dən azad edilməsi təklif edilir. İstehsal məqsədilə həmin traktorların ehtiyat hissələrinin idxalının isə ƏDV-dən və gömrük rüsumundan azad olunması nəzərdə tutulur.
Dövlət Vergi Xidmətinin təqdimatında bu dəyişikliklərdən gözlənilən nəticələr kimi yerli istehsalın təşviqi, yükdaşımada sadə uçot, turizm ixracının artımı, ikinci əl avtomobil və mənzil bazarında şəffaflıq, nağdsız ödənişlərin genişlənməsi göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
9 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























