Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
Huanqın istefasından sonra Nvidia-da satış dalğası – Bazar dəyəri 2025-ci ilin iyulundan bəri ilk dəfə 4 trilyon dollardan aşağı düşüb. Nvidia-da rəhbərlik böhranının ağır nəticələri – Səhmlər son bir ayda 20%-dən çox dəyər itirib.Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşüb – Səhmlər 2012-ci ildən bəri ən uzun ucuzlaşma dövrünü yaşayır.
ABŞ-ın süni intellekt çipləri istehsalçısı Nvidia-nın səhmləri cümə günü daha 2,01% ucuzlaşıb. Bununla da şirkətin bazar kapitallaşması 2025-ci ilin iyulundan bəri ilk dəfə 4 trilyon dollardan aşağı düşüb. İnvestorlar şirkətin qurucusu və baş icraçı direktoru Censen Huanqın (Jensen Huang) istefasının mümkün nəticələrini qiymətləndirməyə davam edirlər.
Marja.az xəbər verir ki, Nvidia-nın maliyyə direktoru Kolet Kress (Colette Kress) müvəqqəti baş icraçı direktor vəzifəsini icra edəcək. Şirkət bu barədə cümə axşamı, noyabrın 12-də məlumat yayıb.
Huanqın istefası elan edildikdən sonra Nvidia səhmləri cümə axşamı səhər saatlarında kəskin ucuzlaşıb. Lakin ticarət sessiyasının sonrakı mərhələsində itkilərin bir hissəsi kompensasiya olunub və səhmlər günü təxminən 4% azalma ilə başa vurub.
Ümumilikdə, noyabrın 13-də başa çatan ticarət həftəsində Nvidia səhmləri 12,75% dəyər itirib.
Bu, şirkətin səhmlərinin ardıcıl altıncı həftə ucuzlaşması deməkdir. Beləliklə, Nvidia 2012-ci ildən bəri ən uzun həftəlik eniş seriyasını qeydə alıb.
“Nvidia” bazar dəyəri 5 trilyon dolları ötən ilk şirkət olmuşdu
2025-ci il oktyabrın 29-da, ABŞ-ın texnologiya nəhəngi “Nvidia”nın bazar kapitallaşması 5 trilyon dolları ötən ilk şirkət olmuşdu. SOnradan şirkətin səhmləri ucuzlaşmaış və bu bazar kapitallaşması bu səviyyənin üzərində çox qala bilməmişdi.
Huanqın istefası şirkətin bazar dəyərinə ciddi təzyiq göstərir
Censen Huanqın istefasından əvvəl də Nvidia səhmləri ciddi satış təzyiqi altında idi. Son bir ay ərzində şirkətin səhmlərinin dəyəri 20%-dən çox azalmışdı. Huanqın vəzifədən ayrılmasından əvvəl açıqlama verən bir neçə Uoll-Strit analitiki xəbərdarlıq etmişdi ki, onun istefası Nvidia-nın bazar dəyərinin əlavə olaraq 20%-dək azalmasına səbəb ola bilər.
Analitiklər bu riski Huanqın şirkətin inkişafında və strateji qərarların qəbulunda oynadığı mühüm rolla əlaqələndirirlər. Nvidia-nın son illərdə süni intellekt texnologiyaları bazarında qazandığı mövqe, xüsusilə yüksək hesablama gücünə malik çiplərin inkişafı Huanqın rəhbərliyi və strateji baxışı ilə sıx bağlı olub.
Casusluq şübhələri və şəxsi münasibətlərlə bağlı iddialar
Censen Huanqın istefası onun şəxsi münasibətləri ətrafında yaranmış qalmaqalın genişləndiyi dövrə təsadüf edib. Huanqın Çin kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən qadınla münasibəti barədə xəbərlər yayıldıqdan sonra ona qarşı diqqət və təzyiq artıb. Huanq bazar günü əməkdaşlara göndərdiyi məktubda nikahdankənar münasibətdə olduğunu etiraf edib. Həmin gün Nvidia-nın Direktorlar Şurası məsələ ilə bağlı araşdırma başladığını açıqlayıb.
Çərşənbə günü “The New York Times” qəzeti Huanqın Nvidia-nın səhiyyə istiqaməti üzrə vitse-prezidenti Kimberli Pauell (Kimberly Powell) ilə də nikahdankənar münasibətdə olduğunu yazıb. Cümə axşamı isə “Reuters” agentliyi Huanqın Nvidia-nın adı açıqlanmayan daha bir əməkdaşı ilə şəxsi münasibətdə olması barədə məlumat yayıb.
Nvidia məsələ ilə bağlı şərh sorğusuna dərhal cavab verməyib.
Qeyd edək ki, Çin kəşfiyyatı ilə əlaqələrə dair məlumatlar mediada yayımlanmış şübhə və iddialardır. Bu məlumatlar təsdiqlənmiş hüquqi fakt kimi qiymətləndirilməməlidir.
“Süni intellekt sənayesinin inkişafı Huanqın baxışlarından asılı idi”
ODDO BHF maliyyə qrupunun səhm bazarları üzrə tədqiqat rəhbəri Stefan Uri (Stephane Houri) bildirib ki, Nvidia-nın uğurlarının böyük hissəsi Censen Huanqın fəaliyyəti ilə bağlıdır. Onun sözlərinə görə, Huanqın təsiri yalnız Nvidia ilə məhdudlaşmayıb, bütövlükdə süni intellekt sənayesinin inkişafına təsir göstərib.
Stefan Uri cümə günü CNBC-nin “Squawk Box Europe” proqramına müsahibəsində bildirib ki, süni intellekt sənayesinin mövcud texnoloji arxitekturasının formalaşması böyük ölçüdə Huanqın strateji baxışından və təcrübəsindən asılı olub. Analitikin bu açıqlaması Nvidia-da rəhbərlik dəyişikliyinin investorlar üçün niyə mühüm risk amili kimi qiymətləndirildiyini göstərir.
Censen Huanq uzun illər Nvidia-nın inkişaf strategiyasının əsas müəyyənedicisi olmaqla yanaşı, şirkətin süni intellekt bazarındakı liderliyinin də əsas simalarından biri hesab edilib.
Onun istefasından sonra şirkətin gələcək strategiyasının necə formalaşacağı, yeni rəhbərliyin süni intellekt çipləri bazarında mövcud mövqeyi qoruyub-qoruya bilməyəcəyi investorların diqqət mərkəzindədir.
Kolet Kressin müvəqqəti baş icraçı direktor vəzifəsini icra etməsi isə Nvidia-da yeni rəhbərliyin formalaşdırılması prosesinin başlanğıcı kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















