Trampın Asiya səfəri Maniladan başladı - İrana xəbərdarlıq edib, Deutsche Bank-la bağlı iddiaya münasibət bildirib
Trampdan İrana sərt xəbərdarlıq – “Heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcək”. Tramp İranla müharibənin bitməsinə “çox yaxın” olduqlarını deyib. Deutsche Bank-la bağlı vergi iddiasına Trampdan cavab – “Çox vergi ödəmişəm. O, Si Cinpin və Putinlə də görüşəcək.ABŞ Prezidenti Donald Tramp Asiya səfərinin ilk dayanacağı olan Filippinin paytaxtı Manilada İranla müharibə, vergi məlumatlarının sızması və Nvidia-nın yeni komitəsi barədə jurnalistlərin suallarını cavablandırıb.
Marja.az xəbər verir ki, Tramp ABŞ paytaxtına mümkün hücum barədə suala cavabında İranın belə bir addım atacağı təqdirdə “indiyədək heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcəyini” deyib. Sual CNN-in ABŞ kəşfiyyat məlumatlarına əsaslanaraq İranın Vaşinqtonda Tramp administrasiyasının yüksək vəzifəli üzvlərini hədəfə almağı planlaşdırdığına dair yaydığı xəbərlə bağlı olub.
Tramp eyni zamanda administrasiyasının İranla müharibəni başa çatdırmağa “çox yaxın” olduğunu düşündüyünü bildirib.
Tramp vergi məlumatlarının sızmasına münasibət bildirib
Financial Times-ın məlumatına görə, Deutsche Bank 2017-ci ilin martında, Trampın ilk prezidentlik müddətində onun vergi məlumatlarını səhvən açıqlayıb. Nəşr yazır ki, həmin vaxt Ağ Evə bu barədə məlumat verilməyib.
“Çox vergi ödəmişəm”, – deyən Tramp bankın bu addımını qanunsuz adlandırıb.
ABŞ prezidenti Nvidia-nın Milli Təhlükəsizlik və İxrac Nəzarəti üzrə komitə yaratmaq qərarını da dəstəkləyib. “Bu, böyük şirkətdir. Bu, çox yaxşı ideyadır”, – Tramp bildirib. Komitənin yaradılması şirkətin həmtəsisçisi Censen Huangın baş direktor vəzifəsindən istefasından sonra açıqlanıb.
Şençjendə Si Cinpin və Putinlə üçtərəfli görüş planlaşdırılır
Trampın noyabrın 18-də Çinə getməsi, noyabrın 19-da isə Şençjendə Asiya–Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməsi planlaşdırılır. ABŞ prezidentinin Si Cinpinlə ayrıca görüşü də nəzərdə tutulur. Tramp Putinlə ikitərəfli görüşün olub-olmayacağını bilmədiyini, imkan yaranarsa görüşə hazır olduğunu deyib.
Manilada Tramp Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quad) çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderləri ilə, həmçinin Tailandın baş naziri ilə görüşüb. Cənub-Şərqi Asiya liderləri ilə şam yeməyində isə ABŞ-a yatırılan investisiyalardan, ticarət razılaşmalarından və enerji infrastrukturu layihələrindən danışıb. O, ABŞ-ın süni intellekt sahəsində dünya lideri olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















