Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
“Level Leasing” yenidən təşkil olunur – Dividendlərin ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir.“Level Leasing” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilati-hüquqi formasının dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi, səhmdarlara dividendlərin ödənilməsi və yeni direktorun təyin edilməsi məsələlərinə baxılacaq.
Marja.az xəbər verir ki, “Level Leasing” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının 25 dekabr 2026-cı il tarixində, saat 10:00-da keçiriləcəyini elan edib.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Level Leasing” ASC-nin 2025-ci il üzrə və 2026-cı ilin dekabr ayınadək olan dividendlərinin səhmdarlara ödənilməsi;
- Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmə formasında yenidən təşkili;
- Cəmiyyətin direktorunun səlahiyyət müddətinə baxılması, səlahiyyətlərinə xitam verilməsi və yeni direktorun təyin edilməsi;
- Cəmiyyətin nizamnamə kapitalının, iştirakçılarının paylarının və idarəetmə strukturunun müəyyən edilməsi, nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi;
- Cəmiyyətin yenidən təşkili ilə əlaqədar təhvil aktının təsdiq edilməsi, səhmlərin dövriyyədən çıxarılması, dövlət qeydiyyatı və digər zəruri hüquqi prosedurların həyata keçirilməsi.
Yığıncaq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən cəmiyyətin inzibati binasının ofisində keçiriləcək.
Səhmdarlar gündəliyə daxil edilmiş məsələlər üzrə materiallarla cəmiyyətin yerləşdiyi ünvanda, iş günlərində əvvəlcədən müraciət etməklə tanış ola bilərlər.
Qeyd edək ki, “Level Leasing” ASC-nin hazırkı direktoru Həmid Mirzəyevdir. Cəmiyyətin VÖEN-i 2008033321-dir.
Elan edilən məlumatda səhmdarlara ödənilməsi nəzərdə tutulan dividendlərin məbləği, yeni direktorun kimliyi və yenidən təşkil nəticəsində formalaşacaq nizamnamə kapitalının həcmi açıqlanmayıb.
Qeyd edək ki, “Hermes Finance” “Level Leasing” ASC-nin nizamnamə kapitalında 38 faiz paya malikdir. Şirkət lizinq fəaliyyətilə məşğuldur. İyunun sonuna şirkətdə 21 nəfər çalışıb.
XXX
"Level Leasing" ASC
VÖEN: 2008033321
“LEVEL LEASİNG” ASC “LEVEL LEASING” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə uyğun olaraq səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edir.
Yığıncağın keçirilmə tarixi: 25 dekabr 2026-ci il tarixdə saat 10:00 da.
Yığıncağın başlanma vaxtı: saat 10:00 da.
Yığıncağın keçirilmə ünvanı: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 36 ünvanında yerləşən inzibati binasının ofisində Yığıncağın gündəliyi:
1. “Level Leasing” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə və 2026-cı ilin dekabr ayınadək olan dividentlərinin Səhmdarlara ödənilməsi.
2. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmə formasında yenidən təşkili.
3. Cəmiyyətin direktorunun səlahiyyət müddətinə baxılması, səlahiyyətlərinə xitam verilməsi və yeni direktorun təyin edilməsi.
4. Cəmiyyətin nizamnamə kapitalının, iştirakçılarının paylarının və idarəetmə strukturunun müəyyən edilməsi, Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
5. Cəmiyyətin yenidən təşkili ilə əlaqədar təhvil aktının təsdiq edilməsi, səhmlərin dövriyyədən çıxarılması, dövlət qeydiyyatı və digər zəruri hüquqi prosedurların həyata keçirilməsi. Səhmdarlar yığıncağın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallarla Cəmiyyətin yerləşdiyi ünvanda, iş günlərində əvvəlcədən müraciət etməklə tanış ola bilərlər. Səhmdarların yığıncaqda şəxsən və ya qanunvericiliyə uyğun olaraq səlahiyyət verilmiş nümayəndələri vasitəsilə iştirak etmələri mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























