Ağdamda istehsal olunan məhsul Böyük Britaniyaya ixrac edilib
Ağdam Sənaye Parkının rezidenti İngiltərəyə ilk məhsulunu ixrac edib. Ağdamda istehsal olunan metal məhsulları Avropa bazarına çıxarılırİqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “ASMC” MMC-nin metal məmulatları zavodunda polad həsir, çəkilmiş, yanmış və tikanlı məftil, mismar, həmçinin soyuq deformasiya olunmuş armatur istehsal edilir.
Artıq müəssisədə istehsal olunan ilk məhsul – metal məftil partiyası Böyük Britaniyaya göndərilib. Gələcəkdə mismar məhsullarının da bu ölkəyə ixracı, eləcə də digər xarici bazarlara çıxış nəzərdə tutulur.
Ümumi investisiya dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. İkinci mərhələdə əlavə istehsal binalarının tikintisi, sinklənmiş və yüksəkkarbonlu məftil istehsalı xətlərinin quraşdırılması planlaşdırılır.
Hazırda müəssisədə 41 nəfər çalışır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra daimi iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb. Hazırda Parkda 37 rezident və 2 qeyri-rezident fəaliyyət göstərir, bu günədək 1000-dən çox daimi iş yeri yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























