Azərbaycanın Ermənistana ixracı 24 milyon dollara yaxınlaşıb
Azərbaycan Ermənistana 24 milyon dollara yaxın məhsul satıb. Azərbaycanın Ermənistana ixracı idxalından 246 dəfə çox olub2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 699 min 210 ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin ilk 10 ayında Ermənistandan Azərbaycana isə 96 min 460 dollar dəyərində məhsul idxal olunub.
Beləliklə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Ermənistan arasında xarici ticarət dövriyyəsi 23 milyon 795 min 670 dollar, Azərbaycanın xeyrinə yaranmış müsbət ticarət saldosu isə 23 milyon 602 min 750 dollar təşkil edib.
İki ölkə arasında ticarət dövriyyəsinin 99,6%-i Azərbaycanın Ermənistana ixracının, 0,4%-i isə Ermənistandan idxalının payına düşüb.
Azərbaycanın Ermənistana ixracının dəyəri idxalının dəyərindən təxminən 246 dəfə çox olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin 2025-ci ilin yanvar-oktyabr ayları üzrə hesabatında Ermənistanla xarici ticarət əməliyyatları qeydə alınmayıb.
Dövlət Gömrük Komitəsinin təqdim olunan ölkələr üzrə statistikasında Ermənistana ixrac və bu ölkədən idxal olunan məhsulların çeşidləri açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























