Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan xaricdən 436 milyon manatlıq bitki yağları alıb

Azərbaycan xaricdən 436 milyon manatlıq bitki yağlar alıb. Yağ idxalının dəyəri 94 milyon manata yaxın artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xaricdən 436 milyon manatlıq bitki yağları alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 256 milyon 553 min ABŞ dolları dəyərində 160 min 511 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı fiziki həcm ifadəsində 26 min 934 ton və ya 20,2%, dəyər ifadəsində isə 55 milyon 55 min dollar və ya 27,3% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 201 milyon 499 min dollar dəyərində 133 min 577 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilmişdi.

İDXAL OLUNAN YAĞLARIN ORTA DƏYƏRİ YÜKSƏLİB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında idxal olunan bu kateqoriyadan olan məhsulların bir tonunun orta statistik dəyəri 1508 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 1598 dollara yüksəlib. Beləliklə, idxal olunan məhsulların orta statistik vahid dəyəri təxminən 6% artıb.

YAĞLARIN İDXALINDA 94 MİLYON MANATA YAXIN ARTIM

Cari ilin ilk 10 ayında Azərbaycanın bitki və heyvan mənşəli piylər və yağların idxalının ümumi statistik dəyəri manat ifadəsində 436 milyon 140 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 93 milyon 593 min manat artıb.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 1,05%-dən 1,68%-ə yüksəlib.

Azərbaycan yağ idxalı bitki yağlarının idxalı heyvan mənşəli yağların idxalı bitki və heyvan mənşəli piylər və yağlar Azərbaycan yağ idxalı 2026 Azərbaycana idxal olunan yağlar idxal yağlarının qiyməti Azərbaycan yağ bazarı Azərbaycan yeyinti yağları bazarı yağ idxalının artması Azərbaycan ərzaq idxalı Dövlət Gömrük Komitəsi
27.11.2026 13:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19