970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib

İdxal olunan gübrələrin bir tonunun orta dəyəri 1 110 manata yüksəlib. Gübrə idxalının miqdarı 17,5% azalıb. Azərbaycanın gübrə idxalının dəyəri 135 milyon manata yaxınlaşıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 79 milyon 382 min ABŞ dolları dəyərində 121 min 602 ton gübrə idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın gübrə idxalının fiziki həcmi 25 min 722 ton və ya 17,5% azalsa da, dəyəri 4 milyon 302 min dollar və ya 5,7% artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 75 milyon 80 min dollar dəyərində 147 min 324 ton gübrə idxal edilmişdi.

İDXAL OLUNAN GÜBRƏLƏRİN ORTA DƏYƏRİ KƏSKİN YÜKSƏLİB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan gübrələrin bir tonunun orta statistik dəyəri 509,63 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 652,81 dollara yüksəlib. Beləliklə, idxal olunan gübrələrin bir tonunun orta statistik dəyəri 143 dollar və ya 28,1% artıb.

Manat ifadəsində idxal olunan gübrələrin bir tonunun orta statistik dəyəri 866 manatdan 1110 manata yüksəlib (244 manat artıb).

Orta statistik vahid dəyərinin yüksəlməsi idxalın fiziki həcmindəki azalmanı kompensasiya edərək gübrə idxalının ümumi dəyərinin artması ilə nəticələnib.

AZƏRBAYCANIN GÜBRƏ İDXALININ DƏYƏRİ 135 MİLYON MANATA YAXINLAŞIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın gübrə idxalının ümumi statistik dəyəri manat ifadəsində 134 milyon 950 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gübrə idxalının dəyəri 7 milyon 313 min manat artıb.

Hesabat dövründə gübrələrin Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 0,39%-dən 0,52%-ə yüksəlib.

Azərbaycan gübrə idxalı gübrə idxalı 2026 Azərbaycana idxal olunan gübrələr gübrələrin idxal qiyməti idxal gübrəsinin orta dəyəri Azərbaycan gübrə bazarı Azərbaycanda gübrə qiymətləri mineral gübrələrin idxalı Azərbaycan kənd təsərrüfatı gübrə idxalının azalması Azərbaycan aqrar sektoru Dövlət Gömrük Komitəsi
27.11.2026 13:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19