5,1 trilyon dollar artaraq, 83,8 trilyon dollara çatacaq
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, gələn il 190 ölkənin milli gəlirlərinin ümumi həcmi təxminən 5,1 trilyon dollar artaraq 83,8 trilyon dollara çatacaq.
"Marja"nın BVF-nin proqnozlarından topladığı məlumatlara görə, 190 ölkənin məcmu Ümumi Daxili Məhsulu (ÜDM) bu il 78 trilyon 740,2 milyard dollara, gələn il isə 83 trilyon 801,6 milyard dollara çatacaq. Yəni, gələn il dünya ölkələrinin milli gəliri 5 trilyon 61,4 milyard dollar artacaq.
Fondun proqnozlarına görə, bu dövrdə ən çox milli gəlir artımının 1 trilyon 181,1 milyard dollarla Çində baş verəcəyi gözlənilir.
Dünyanın "zavodu" kimi səciyyələndirilən Çində milli gəlirin bu ilin sonunda 11 trilyon 937,6 milyard dollar olacağı nəzərdə tutulurdusa, bu rəqəmin gələn il 13 trilyon 118,7 milyard dollara çatacağı təxmin edilir.
Çinin ardından gələn il milli gəlirini ən çox artırması gözlənilən ikinci ölkə isə 837,8 milyard dollarla ABŞ-dır. Dünyada ən böyük milli gəlirə sahib olan ABŞ-da Ümumi Daxili Məhsulun bu il 19 trilyon 362,1 milyard dollar, gələn il isə 20 trilyon 200 milyard dollar səviyyəsində gerçəkləşməsi gözlənilir.
Söz mövzusu bir illik prosesdə ÜDM-də ən böyük artımı əldə etməsi gözlənilən ölkələr siyahısında Almaniya 282,9 milyard dollara üçüncü sırada yer alarkən, bu ölkənin ardınca 215,2 milyard dollarla Hindistan, 190,8 milyard dollarla Fransa, 178,6 milyard dollarla Yaponiya, 127,8 milyard dollarla İtaliya və 123,1 milyard dollarla da Kanada gəlir.
Braziliya 118,8 milyard dollar, İspaniya 112,8 milyard dollar və Meksika da 107,5 milyard dollar ilə 2017-2018 dövründə milli gəlirini 100 milyard dolların üzərində artırması gözlənilən ölkələr arasında yer alırlar.
Türkiyədə 2017 sonunda 841,2 milyard dollar olması gözlənilən milli gəlirin isə gələn il 64,5 milyard dollar artaraq 905,7 milyard dollara çatacağı proqnozlaşdırılır.
İRAN İQTİSADİYYATI İSLANDİYA QƏDƏR KİÇİLƏCƏK
Embarqo və sanksiyalarla gündəmdən düşməyən İranda bu ilin sonunda 427,7 milyard dollar olması gözlənilən milli gəlirin, 2018-də 398,4 milyard dollara düşəcəyi proqnozlaşdırılır. İran, bu dövrdə 29,2 milyard dollarlıq iqtisadi kiçilmə ilə milli gəliri ən çox azalacaq ölkə olaraq qarşıya çıxır.
Bu rəqəm, İran iqtisadiyyatının təqribən 28,8 milyard dollarlıq milli gəlirə malik İslandiya qədər azalacağına işarədir.
İranın ardından bir illik prosesdə milli gəlirin ən çox azalacağı təxmin edilən digər ölkələr isə 7,5 milyard dollarla Venesuela və 1,7 milyard dollarla Porto Riko-dur. Fond, 2017-2018 dövründə iqtisadiyyatın Tunisdə 600 milyon dollar, Ekvatorial Qvineyada 200 milyon dollar, Tacikistan ilə Yəməndə isə 100 milyon dollar azalacağı proqnozunu verib.
5 ƏN İRİ ÖLKƏNİN MİLLİ GƏLİRİ 45 TRİLYON DOLLARI AŞACAQ
BVF-nin 2017-2018 ÜDM proqnozlarına görə, milli gəlir baxımından dünyanın ən böyük iqtisadiyyatları siyahı dəyişməyəcəkdir.
Proqnozlarına görə, gələn il də ABŞ 20,2 trilyon dollarlıq milli gəlir böyüklüyü ilə siyahıda birinci yeri tutacaq.
ABŞ-ın 20,2 trilyon dollarlıq ÜDM-i; Meksika, İspaniya, Avstraliya, Rusiya, Cənubi Koreya, Kanada, İtaliya, Braziliya, Hindistan, Birləşmiş Krallıq, Fransa, Almaniya, Yaponiya və Çin xaric yerdə qalan 175 ölkənin ümumi milli gəliri həcminə bərabər olacaqdır.
Çin 13,1 trilyon dollarlıq milli gəlir böyüklüyü ilə ABŞ-ın ən yaxın davamçısı mövqeyində qalacaqdır. Bu ölkənin ardınca 5,1 trilyon dollarla Yaponiya, 3,9 trilyon dollarla Almaniya, 2,8 trilyon dollarla Fransa gələcəkdir.
Siyahıda ilk 5 yeri tutan ABŞ, Çin, Yaponiya, Almaniya və Fransada ümumi milli gəlirin 2017-də 42,4 trilyon dollara və 2018-də 45,1 trilyon dollara çatacağı gözlənilir. Ən böyük beş ölkədə milli gəlirin bir illik müddət ərzində 2,7 trilyon dollar artacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























