Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycanda sığorta müştərilərinin şəxsi məlumatları qanunsuz yayılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sığorta müştərilərinin şəxsi məlumatları qanunsuz yayılır

Azərbaycanda icbari avtosığorta müştərilərinin şəxsi məlumatlarının sığorta şirkətləri və agentləri arasında kütləvi şəkildə yayılması problem olaraq qalır. Sığorta müqaviləsinin müddəti bitmiş avtomobil sahiblərinə bəzən eyni vaxtda bir neçə yerdən zəng vurularaq sığorta xidməti təklif edilir ki, bu da onların narahatlığına səbəb olur.

 

Reklam_3_11

Baxmayaraq ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, sığorta müştərisinin adı, soyadı, ünvanı, telefon nömrələri də daxil olmaqla şəxsi məlumatları sığorta sirri hesab olunur. Sığorta bazarının peşəkar iştirakçıları öz fəaliyyətləri nəticəsində əldə etdikləri bu məlumatları qorumalı, şəxsin razılığı və hüquqi zərurət olmadan onları üçüncü tərəfə açıqlamamalıdır. Çünki, buna görə inzibati məsuliyyət var. 

 

Xatırladaq ki, bu məsələ ilk dəfə 2015-ci il aprelin 6-da Bakıda keçirilmiş sığorta agentlərinin forumunda qaldırılıb. Həmin vaxt tədbirdə çıxış edən bəzi agentlər onların müştəri portfelinin hansısa yolla "Atəşgah Sığorta" şirkətinə ötürüldüyünü bildiriblər. Amma o vaxtdan problem nəinki həlllini tapıb, hətta bir qədər də dərinləşib. İndi sığorta müştərilərinin məlumatlarını artıq 1-2 şirkət və yaxud agent deyil, az qala bütün sığorta bazarı bilir.

 

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı deyir ki, şəxsi məlumatlarla bağlı problem icbari sığorta bazarı yaranandan mövcud olub: “Həmin məlumatların toplandığı bazaya onlarla insanın çıxış imkanı var. Müştərilərin adını, soyadını, avtomobilinin markasını, mobil və ev telefonlarını onları toplamış sığorta agentləri ilə yanaşı sığorta şirkətlərində işləyənlərin demək olar ki, hamısı görür. Mümkündür ki, pul qarşılığında müəyyən dəllallar həmin məlumatları ötürsünlər. Və yaxud sığorta agenti iş yerini dəyişir, öz zəhməti ilə topladığı müştəri məlumat bazasını getdiyi sığorta şirkətinə aparır, amma köhnə iş yerində də o məlumatlar qalır. Tədricən müştərilərilərin məlumatları bütün sığorta şirkətlərini dolaşır. Həmçinin, bu məlumatların notariat kontorlarından alqı-satqı predmeti olan avtomobillərin icbari sığortalanması zamanı da sızması mümkündür”.

 

Ekspertin fikrincə, bu məsələnin həlli, yəni sığorta müştərilərinin məlumatlarının yayılmasının qarşısını almaq imkanları yox dərəcəsindədir: “Ümumiyyətlə, indi elə dövrdür ki, informasiya sürətlə yayılır. Kiminsə telefon nömrəsini tapmaq problem deyil. Adamın özünü tanımadan belə “Facebook” sosial şəbəkəsindəki profilində onun nömrəsini əldə etmək mümkündür. Sadəcə, insanlarda müəyyən biznes etikası, mədəniyyəti formalaşmalıdır ki, başqasının məlumatlarını yaymaq olmaz. Bu, yaxşı hal deyil. Əks halda, problem həll olunan deyil və həmişə mövcud olacaq”.

 

Problem barədə bütün sığortalıların məlumatlarının toplandığı İcbari Sığorta Bürosunda (İSB) da xəbərdardırlar. Qurumun hüquqşünası Könül Abbasova buradan məlumatların kiməsə ötürülməsi ehtimalının qəti şəkildə rədd edir və deyir ki, İSB-nin özünə də sözgedən məsələ ilə bağlı vaxtaşırı müraciətlər olur: “Adətən bizim elektron poçtumuza yazıb şikayət edirlər ki, sığortaya görə narahat edənlər çoxdur. Amma konkret fiziki və yaxud hüquqi şəxs adları çəkilmir. Bununla belə, bizim nəyisə araşdırmaq səlahiyyətimiz, imkanımız yoxdur. İSB vətəndaşlara sadəcə tövsiyyə edir ki, bu problemlə bağlı sığorta şirkətlərinin və agentlərinin fəaliyyətinə nəzarət edən quruma – Maliyyə Bazarlarına Nəzarət Palatasına və yaxud hüquq-mühafizə orqanlarına müraciət etsinlər”. 

 

© Report

13.01.2017 12:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ