Neftin qiyməti 64 dollara yaxınlaşdı -YENİLƏNİB
Neft qiymətləri, Səudiyyə Ərəbistandakı son hadisələrin ardından iki ilin ən yüksək səviyyəsinə qalxıb.
Səudiyyə Ərəbistanında 11 şəhzadənin, nazirlərin, investorların və milyaderlərin korrupsiya ilə mübarizə çərçivəsində həbs olunması neft qiymətlərinin bahalaşması ilə nəticələnir.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 21:15-də Brent neftinin qiyməti 63,82 dollar olub. Neft bu gün 2,8% bahalaşıb. Ümumiyyətlə həbslərdən sonra neftin qiyməti 4,5% ətrafında artıb.
Ölkənin qabaqcıl iş adamlarından, dünyanın ən varlı insanları arasında yer alan Şahzadə Əl Vəlid bin Talal da həbs olunanlar arasında yer alır. Şahzadənin dünyanın bir neçə iri şirkətində və bankında investisiyaları var. Əl Vəlid bin Talal OPEC-in hasilatın azaldılması müqaviləsinə qarşı çıxırdı. Həbslərdən sonra, hasilatın azaldılması müqaviləsinin tərəfdarı olan varis şahzadə Məhəmməd bin Salman qarşısındakı daha bir maneə götürülüb. Bu səbəbdən neft qiymətləri yüksəlir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























