FAO: Dünyanın qida idxalı üçün xərci artır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Qida Proqnozları Hesabatını" açıqlayıb.
"Marja" xəbər verir ki, ildə iki dəfə açıqlanan hesabata əsasən, ərzaq əmtəələrinin qiymətləri ümumi olaraq sabit qalarkən, qidaları idxal etməyin maya dəyərinin 2017-ci ildə 1 trilyon 413 milyard dollara yüksələcəyi gözlənilir. Bu da əvvəlki illə müqayisədə 6%-lik artımdır və ən yüksək ikinci rekorddur.
Yüksək idxal xərci, qida maddələrinə artan beynəlxalq tələbatdan, nəqliyyat qiymətlərinin qalxmasından irəli gəlir.
Narahatlıq verən məqam isə qida idxalı xərclərində cüt rəqəmli artımların "Ən Az İnkişaf Etmiş Ölkələr" və "Aşağı Gəlirli Ərzaq Kəsiri Olan Ölkələr"də müşahidə edilməsidir.
FAO-nun iqtisadçıdı Adam Prakash "Xərclərin yüksəlməsi tam olaraq daha çox qidanın satın alınması mənasına gəlmir. çünki idxal etməyin xərci əhəmiyyətli dərəcədə yüksəlib" deyir.
İdxal xərclərinin yüksəlməsi; Ehtiyatların bol, biçin proqnozlarının güclü və ərzaq əmtəə bazarlarında təklifin yaxşı olduğu bir dövrdə baş verib.
Hesabatda qeyd edilir ki, beynəlxalq buğda qiymətləri dəyişmədiyi halda, əriştə və makaron istehsal etmək üçün istifadə edilən yüksək keyfiyyətli Amerikan Sərt Qırmızı Bahar Buğdasının qiyməti İyul 2017-də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40% yüksəlib.
Ətirli düyü növləri FAO Düyü İndeksindən səkkiz dəfə daha sürətli yüksəlib.
Həmçinin FAO Kərə Yağı Qiymət İndeksi 2017-də bu ana qədər 41 faiz yüksəlib. Bu, Süd Məhsulları Qiymət İndeksi ilə müqayisədə üç dəfə çox artım mənasına gəlir.
Heyvandarlıq və süd məhsulları sektorları xüsusilə dinamikdir. Ət idxalı xərclərinin bu il 2016-cı illə müqayisədə 22 faiz artaraq 176 milyard dollara çataraq bütün zamanların ən yüksək səviyyəsinə çıxacağı proqnozlaşdırılır.
Çindəki daha sərt ətraf mühit və keyfiyyət nəzarətlərinə baxmayaraq dünya süd istehsalının 1,4 faiz artması gözlənilir. Bunda Hindistandakı 4% artım mühüm rol oynayacaq.
Yağlı toxum yağları, bitki yağları və heyvan yağları Aşağı Gəlirli Ölkələrin idxal xərclərində əsas yeri tutur. Builki güclü mövsümə baxmayaraq bu il qiymətlərin qismən yüksəlməsi gözlənilir.
Şimal Yarımkürədə əkinlərin çox sürətlə artmasına baxmayaraq, qlobal soya lobyası istehsalının aşağı düşməsi gözlənilir.
FAO-nun Hesabatına görə mango, ananas, avokado və papaya ixracının bu il 10 milyard dollara çatacağı gözlənilir. Beləliklə, tropik meyvələr sürətlə qlobal ticarətdə "ulduz" halına gəlir.
İstehsalı demək olar ki, inkişaf etməkdə olan ölkələrdə, adətən kiçik fermerlər vasitəsilə həyata keçirildiyindən, bu meyvələr yoxsulluqla mübarizə və kənd inkişaf üçün gələcək vəd edir.
FAO bu dörd meyvənin istehsalının bu il 92 milyon tona çatacağını gözləyir. Bu miqdar 2008-ci ildə 69 milyon ton idi. Hazırda istehsalın 95%-i yerli olaraq istehlak edilərkən, artan gəlirlər və dəyişən istehlakçı vərdişlərilə ixracat həcmini ciddi şəkildə yüksələcəyi gözlənilir.
Mangonun 40%-i Hindistanda, ananas böyük hissəsi Kosta-Rika, Çin, Braziliya və Meksikada istehsal olunur.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























