İkinci əczaçılıq zavodunun təməli qoyuldu
Pirallahı Sənaye Parkında sayca ikinci əczaçılıq zavodunun - "Caspian Pharmed" müəssisəsinin təməli qoyulub.
Bu münasibətlə iqtisadiyyat naziri Şahin Mustafayev və İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin iştirakı ilə keçirilmiş tədbirdə "Caspian Pharmed" əczaçılıq zavodunun yaradılmasına dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” və İranın "TPİCO Holding" arasında Səhmdarlar Sazişi imzalanıb.
Sənədə əsasən, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış "Caspian Pharmed" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25%, “Azərsun Holdinq” 26%, İranın “TPİCO” şirkəti isə 49% iştirak payına malikdir.
Tədbirdə "Caspian Pharmed" əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, ilkin mərhələdə 20,6 mln. dollar investisiya qoyulacaq müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin mərhələdə zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Layihənin reallaşdırılmasında Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. Əczaçılıq zavodu yüksəksteril mühit, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı üzrə GMP istehsalat praktikası və digər beynəlxalq standartlara cavab verəcək.
“Caspian Pharmed” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Zavodun fəaliyyəti nəticəsində 90 nəfər daimi iş yeri ilə təmin olunacaq.
Ş. Mustafayev və Ə. Rəbiinin iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub.
Tədbir çərçivəsində həmçinin, “Caspian Pharmed” birgə müəssisəsinə Pirallahı Sənaye Parkının rezidenti statusu da təqdim edilib.
Əczaçılıq sahəsi üzrə ixtisaslaşan Pirallahı Sənaye Parkı Azərbaycan prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Artıq 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulub. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















