Böyük şirkətlər növbəyə girdilər -Tesla Semi üçün ilk sifarişlər
Tesla Semi, elektrik yük avtomobilidir. Cümə günü internet üzərindən təqdim edilən avtomobil böyük maraqla qarşılanıb. Sektorda şərtləri dəyişdirə biləcək bir vasitə olaraq görülən Semi, bir dəfə enerji yığmaqla 800 km gedə bilir.
"Marja" xəbər verir ki, Tesla elektrikli yük avtomobilinə 1.6 milyon km zəmanət verir. Tesla Semi, tək kreslolu sürücü kabinəsi ilə də böyük diqqət çəkib.
Maşın böyük maraqla qarşılansa dizel mühərrikli yük maşınıları ilə nə qədər rəqabət edə biləcəyi hələ də qeyri-müəyyəndir. Çünki 800 km-lik mənzil dizel yük maşınıları ilə müqayisədə daha qısadır. Bununla bərabər avtomobilin 400 km getməsi üçün lazım olan enerji yığma müddətinin 30 dəqiqə olması, çənin dizellə doldurulması üçün lazım olan müddətdən olduqca uzundur.
Ancaq Semi, dizaynı və elektrikli vasitə texnologiyası olaraq çox diqqət çəkdi. Təqdimatından dərhal sonra böyük şirkətlər ard-arda bəyanatlar verərək ilk sifarişlərini verdiklərini açıqladılar.
İLK SİFARİŞİ WALMART VERDİ
Tesla Semi-nin seriya istehsalına 2019-ci ildə başlanacaq. Satın almaq istəyənlərin 5 min dollar depoziti indidən yatıraraq növə tutmaları lazımdır.
ABŞ-ın pərakəndə nəhəngi Walmart, sifarişini ilk açıqlayan şirkət oldu. Walmart, 15 ədəd Tesla Semi sifariş verərək, bunu ABŞ və Kanadada istifadə edəcəyini bildirib. Elektrikli vasitə texnologiyası, Walmart-ın davamlılıq hədəfləri və aşağı emissiyaya keçid strategiyası ilə üst-üstə düşür.
Şirkətdən bildiriblər ki, yeni texnologiyaların test edilməsi mövzusunda Walmart köklü tarixə malikdir. "Bu avtomobili ilk istifadə edəcək olanlar arasında olduğumuza görə çox həyəcanlıyıq" açıqlamada deyilir.
KANADADAN DAHA BÖYÜK SİFARİŞ
Walmart-dan sonra açıqlama edən Kanadanın market şəbəkəsi Loblaw, 25 maşın sifariş etdiklərini bildirib.
Loblaw, bütün avtomobil parkının 2030-ci ilə qədər elektromobilə keçirməyi planlaşdırdığını daha əvvəl bildirmişdi. Market şəbəkəsinin 350 ədədlik TIR parkı var.
Miçiqanda yerləşən supermarket şəbəkəsi Meijer də sifariş üçün növbəyə durub. Meijer ilk fazada 4 avtomobil sifariş verib.
ABŞ-ın ən böyük nəqliyyat şirkətlərindən "J.B. Hunt Nəqliyyat Services" (JBHT) də bənzər şəkildə sifarişlərini verib. JBHT, sifarişin miqdarını isə açıqlamayıb.
TƏHVİLİNDƏ ÇƏTİNLİK OLA BİLƏR
Elon Musk, Tesla Semi-nin istehsalına 2019-ci ildə başlayacağını açıqlasa da sektorda bununla bağlı bəzi şübhələr var. Həmin şübhələrin mənbəyi isə, Teslanın xüsusilə Model 3-də yaşadığı təhvil çətinliyidir.
Teslanın böyük ümidlərlə ötən aylarda bazara çıxardığı Model 3, 35 min dollarlıq qiymətilə böyük maraqla qarşılanmış və böyük sifariş qəbul edilmişdi. Ancaq istehsal tərəfində işlər gözlənildiyi kimi getmədi. Tesla, daha əvvəldən elan etdiyi istehsal planından geri qaldı və bu mənada gözləntiləri qarşılamadı.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir






















