Bu gün “Yüksək Texnologiyalar Həftəsi”nə start verilir
5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı keçiriləcək və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcəkdir.
Bu gün “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.
Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
Bu ilki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər var. 20 ildən artıq müddət ərzində tədbirin iştirakçısı olmuş “Azercell” şirkəti “Bakutel” sərgisinin baş sponsoru qismində çıxış edir.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 10 ölkəsi – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.
Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.
Ənənəvi olaraq, sərgidə bu “startap”lara böyük diqqət yetirilir. Regionun ən böyük İKT tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı, iştirak etmək onların layihələrini dövlət və özəl təşkilatlar tərəfindən verilən investisiyaları almaq üçün təqdim etməyə unikal fürsət yaradır. Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunacaq. Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən “Spinal” qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün “Tabletka.az” tətbiqi, Azərbaycanda ilk və yeganə ekoloji təmiz “VeloKuryer” kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan “Wand” qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan “İRS Cizgi” komandasının məhsulları yer alır.
Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.
İŞGÜZAR PROQRAM
Sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir. Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı; “E-Hökumət, E-iştirak və Açıq hökümət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı; “V Regional İnternet İdarəçilik Forumu”; “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək.
Həmçinin “Bakutel-2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçiriləcək. Konfrans çərçivəsində çıxışlar və sərgidə iştirak edən aparıcı şirkətlərin, o cümlədən “Agile”, “Comfort International”, “Elcore Group”, “Microsoft Azerbaijan”, “Huawei”, “Bestcomp Group”, “Nokia”, “Softline”, “SMART Business” və s. şirkətlərin məhsul, xidmət və layihə təqdimatları olacaq.
Sərginin birinci və ikinci günlərində “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər zamanı sərgi iştirakçıları və peşəkar ziyarətçilər biznes əlaqələri üçün əlavə imkanlar əldə edəcəklər.
Bu il təşkilatçılar tərəfindən həyata keçirilən yenilik sərginin iştirakçılarına təşkil olunan işgüzar ziyafət olub. İşgüzar ziyafətin keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. İşgüzar ziyafət təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş “Big City Coaching” şirkətinin bələdçisi Ksenika Borisova tərəfindən aparılıb. Ziyafət zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar ziyafət keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar.
Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir. Foyedə “Photobox” aparatı quraşdırılacaq və arzu edən ziyarətçilər bu aparatın köməyi ilə fotoşəkil çəkdirə və yerindəcə çap olunan fotoşəkili e-poçt ünvanına göndərə və ya sosial şəbəkələrdə paylaşa bilər. Sərgi kompleksinin ikinci zalında isə Oyun zonası yerləşir. Burada yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” tərəfindən hazırlanmış, eləcə də “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar təqdim olunacaq.
Foyedə “Caspian Event Organisers” şirkətinin daimi tərəfdaşı - “Aqil və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunacaq. Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Ağıl və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirəcəklər. Beləliklə, ölkənin İKT sektorun əsas tədbiri olan beynəlxalq “Bakutel” sərgisinin yolunu səbirsizliklə gözləyir və bu sərgiyə xüsusi hazırlaşır. Sərgi zamanı “Bakutel-2017” sərgisinin gündəlik xəbərləri” qəzetinin xüsusi buraxılışı dərc ediləcək ki, bu qəzetdə sərgi iştirakçıları və sərgi çərçivəsində keçirilən tədbirlər barədə ətraflı məlumatlar yer alacaq. “Caspian Event Organisers” şirkətinin 2017-ci il üzrə tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) yer alır. Bu il sərginin ikinci günü rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunması ilə üst-üstə düşür. Fürsətdən istifadə edərək, təşkilatçılar hər zaman sərgiyə dəstək göstərən və fəal iştirak edən bu sahə əməkdaşlarını təbrik edirlər. Sərgi haqqında ətraflı məlumat www.bakutel.az saytında yerləşdirilibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















