Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq

AzVak-mobil_resmin_ustu_31
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

2027-ci ildə Azərbaycanda xaricdən cəlb edilən kreditlər hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 700 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan 2027-ci il dövlət büdcəsi zərfində əksini tapıb.

Sənədə əsasən, həmin vəsait dövlət büdcəsinin əsaslı xərcləri çərçivəsində xarici kreditlər hesabına maliyyələşdirilən layihələrə yönəldiləcək.

Bununla yanaşı, 2027-ci ildə xüsusi təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 709 milyon manat ayrılması proqnozlaşdırılır.

Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin iştirak payı ilə bağlı xərclərin maliyyələşdirilməsinə 150 milyon manat, turizmin inkişafına isə 41 milyon manat ayrılması nəzərdə tutulur.

Bundan əlavə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların tikinti, bərpa, yenidənqurma və əsaslı təmir işlərinə, müxtəlif növ əsaslı alışlarına və digər layihələrinə 2 milyard 466 milyon manat vəsait yönəldiləcək.

Beləliklə, sadalanan beş istiqamət üzrə 2027-ci ilin dövlət büdcəsi layihəsində ümumilikdə 4 milyard 66 milyon manat vəsait nəzərdə tutulur. Bu məbləğin təxminən 60,6 faizi büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların layihələrinin payına düşür.

2027 dövlət büdcəsi xarici kreditlər xarici borclanma dövlət investisiya layihələri 700 milyon manat dövlət əsaslı xərcləri xüsusi təyinatlı layihələr turizmin inkişafı beynəlxalq investisiya fondları tikinti və yenidənqurma xərcləri Azərbaycanın 2027-ci il büdcəsi
04.11.2026 12:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19