Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib

“Huawei” ABŞ-da bir ittiham üzrə bəraət aldı, sanksiyaları pozmaqda və dələduzluqda təqsirli bilindi. “Huawei”ni cərimə və müsadirə gözləyə bilər – şirkət Nyu-Yorkdakı verdiktə cavab verdi
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Noyabrın 24-də Nyu-Yorkda federal andlılar heyəti Çinin “Huawei Technologies” şirkətini və onun üç törəmə şirkətini bir sıra cinayət ittihamları üzrə təqsirli bilib. Üç ay davam edən məhkəmə prosesindən sonra çıxarılan verdikt bank dələduzluğunu, ABŞ-ın İrana qarşı sanksiyalarının pozulmasını və kommersiya sirlərini oğurlamaq üçün əlbir olmanı əhatə edir. 

Marja.az ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, iş üzrə şirkətlər elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluqda və pul vəsaitlərinin yuyulması məqsədilə əlbir olmaqda da təqsirli biliniblər. Cəzanın təyin ediləcəyi məhkəmə iclası 2027-ci il sentyabrın 14-nə nəzərdə tutulub. Şirkətləri cərimə, əmlakın müsadirəsi və zərərçəkənlərə kompensasiya ödənilməsi gözləyə bilər.

Nazirliyin məlumatına görə, “Huawei” İranda “Skycom” adı ilə fəaliyyət göstərib, banklara isə tam mülkiyyətində olan bu şirkəti biznes tərəfdaşı kimi təqdim edib. İttiham tərəfi bildirib ki, “Huawei” İrandakı fəaliyyətinin miqyasını gizlətməklə banklardan milyardlarla dollar vəsait əldə edib və ABŞ dolları ilə hesablaşma xidmətlərinə çıxışını qoruyub. Nazirlik həmçinin bildirib ki, şirkətin tədarük etdiyi müşahidə kameraları İran hakimiyyətinə etiraz aksiyalarını izləmək imkanı verib. 

Kommersiya sirləri ilə bağlı epizodlar arasında “Cisco” və “T-Mobile”ın texnologiyaları da var. Prokurorların məlumatına görə, “Huawei” mühəndisləri “Cisco”nun marşrutlaşdırıcılarında istifadə olunan proqram kodunu köçürüblər. Digər epizodda “Huawei” əməkdaşları “T-Mobile”ın sensor ekranları sınaqdan keçirən “Tappy” robotunun fotoşəkillərini və texniki məlumatlarını Çinə göndəriblər. Daha sonra əməkdaşlardan biri robotun bir hissəsini bel çantasında laboratoriyadan çıxarıb. 

“Huawei” noyabrın 25-də yaydığı açıqlamada mütəşəkkil cinayətkar fəaliyyətdə iştirak etmək üçün əlbir olma ittihamı üzrə bəraət almasını müsbət qarşılayıb. Şirkət digər ittihamları da hüquqi və faktiki baxımdan əsassız saydığını bildirib. “Huawei”nin mövqeyinə görə, prokurorların istinad etdiyi kommersiya sirləri ilə bağlı beş mübahisənin hamısı əvvəlki illərdə mülki qaydada həll olunub. Şirkət verdikti araşdıracağını, hüquqlarını qorumaq üçün zəruri addımlar atacağını və tədqiqatlara sərmayə qoymağa davam edəcəyini açıqlayıb. Huawei

Xatırladaq ki, ABŞ prokurorları “Huawei”yə qarşı ilk cinayət ittihamlarını 2019-cu ilin yanvarında, şirkətin maliyyə direktoru Men Vancounun Kanadada saxlanılmasından bir ay sonra ictimaiyyətə açıqlayıblar. Men Vancou 2021-ci ilin sentyabrında ABŞ prokurorları ilə cinayət təqibinin təxirə salınmasına dair razılaşma əldə etdikdən sonra Çinə qayıdıb.

Huawei məhkəmə işi Huawei ABŞ-da təqsirli bilindi Huawei bank dələduzluğu Huawei İran sanksiyaları Huawei Skycom əlaqəsi Huawei kommersiya sirlərinin oğurlanması Cisco proqram kodu T-Mobile Tappy robotu Huawei məhkəmə qərarı 2026 Huawei cəza iclası 14 sentyabr 2027 Huawei-nin verdiktə reaksiyası
25.11.2026 12:51
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19