970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®

Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
AzVak-mobil_resmin_ustu_31
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birbank müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər. Bunun üçün Birbank tətbiqində “AI assistent”ə daxil olaraq “çıxarış əldə etmək istəyirəm” yazmaq kifayətdir.

Bununla yanaşı, müştərilər bank çıxarışının hazırlanması funksiyasına əməliyyatlar tarixçəsindən və müvafiq kartın menyusundan da birbaşa keçid edə bilərlər. Beləliklə, çıxarış əldə etmək üçün bir neçə fərqli giriş nöqtəsi təqdim olunur və müştərilər özlərinə uyğun ən rahat üsulu seçə bilirlər.

Proses olduqca sadə və rahatdır. Müştəri əvvəlcə çıxarışını almaq istədiyi hesabı seçir, daha sonra 1, 3, 6, 12 və ya 36 aylıq dövrdən ona lazım olan müddəti müəyyənləşdirir. Bundan əlavə, fərdi tarix aralığını seçmək imkanı da mövcuddur. Bu funksiya müştərilərə çıxarışı məhz ehtiyac duyduqları dövr üzrə hazırlamağa şərait yaradır.

Çıxarışı yalnız mədaxil, yalnız məxaric və ya hər iki əməliyyat növünün əks olunması üzrə təyin etmək də mümkündür. Müştəri sənədin dilini seçdikdən sonra çıxarış PDF formatında, bankın rəqəmsal möhürü və imzası ilə hazırlanır.

Hazırlanma prosesi cəmi bir neçə dəqiqə ərzində başa çatır. Çıxarış və onunla bağlı yazışma 7 gün ərzində Birbank çatının arxivində saxlanılır ki, müştəri ehtiyac yarandıqda sənədə yenidən baxa bilsin.

Birbank-ın rəqəmsal çıxarış xidməti tamamilə ödənişsizdir. Yeniliyin tətbiqindən sonra Birbank-da rəqəmsal çıxarışdan istifadə edən müştərilərin sayı əvvəlki dövrlə müqayisədə 45% artıb. Bu göstərici müştərilərin bank xidmətlərini müstəqil və rəqəmsal kanallar vasitəsilə idarə etməyə artan marağını nümayiş etdirir.

Maliyyə sektorunda ilk olan bu yenilik Birbank-da bank xidmətlərinin müştərinin özü tərəfindən idarə olunması istiqamətində atılan mühüm addımlardan biridir. Gündəlik bank əməliyyatları ilə yanaşı, bank sənədlərinin də tətbiq üzərindən müstəqil şəkildə əldə olunması müştərilərin rəqəmsal xidmətlərə əlçatanlığını daha da artırır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Birbank Kapital Bank Birbank mobil tətbiqi Birbank AI assistent bank çıxarışı bank çıxarışı necə alınır onlayn bank çıxarışı ödənişsiz bank çıxarışı möhürlü bank çıxarışı imzalı bank çıxarışı PDF bank çıxarışı rəqəmsal bank çıxarışı banka getmədən çıxarış almaq Birbank çıxarış xidməti süni intellekt rəqəmsal bankçılıq mobil bankçılıq rəqəmsal möhür rəqəmsal imza bank hesabından çıxarış kart hesabından çıxarış əməliyyatlar tarixçəsi mədaxil və məxaric 36 aylıq bank çıxarışı bank sektorunda innovasiya maliyyə texnologiyaları FinTech Birbank yenilikləri Azərbaycan bank sektoru
25.11.2026 11:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19