Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR

AzVak-mobil_resmin_ustu_31
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Brand Credit BOKT" MMC yaranmasının 15 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin İdarə Heyətinin sədri Firudin Qasımov bütün qonaqları salamlayıb və şirkətin qazandığı uğurlarına görə bütün əməkdaşlara təşəkkürürünü bildirib:

“Brand Credit BOKT" MMC bu illər ərzində böyük uğurlara imza atmışdır. Maliyyə sferasında özünü doğrultmuş və böyük təcrübə toplamışdır. Maliyyə göstəricilərimiz isə hər il müsbətə doğru artmaqda davam edir. Məhz 2020-cu ildə nizamnamə kapitalının 900 000 manatdan  1 900 000 manat artırılmasına nail olmuşuq. Hal-hazırda kredit  portfeli 9 000 000 manata çatdırmışdır. Sözsüz ki, bu uğurların arxasında güclü komanda, əzimkarlıq və yüksək idarəetmə dayanır. Ən böyük məmnuniyyətimiz odur ki, missiyamız, strategiyamız və hədəflərimiz müştəri məmnunluğu ilə  nəticələnir. İnanırıq ki, sağlam komanda ilə  birgə atdığımız addımlar nəticəsində daha çox uğurlara nail olacağıq. Bir daha uğurlarımıza görə bütün əməkdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Qarşıdakı illərdə “Brand Credit BOKT”a və əməkdaşlarına böyük nailiyyətlər arzulayıram”.

Daha sonra şöbə rəhbərləri və digər əməkdaşlar nitq söyləyiblər.

Təsisçilər də öz növbəsində kollektivi 15 illik yubiley münasibətilə təbrik edərək bildirib: “Komandamız üçün iqtisadi qeyri-müəyyənliklər, bazar rəqabətinin artması 15 illik inkişaf yolunu uğurla keçmək üçün heç bir çətinlik yaratmamışdır. Bu yubileyi qeyd etmək olduqca önəmli və dəyərli hadisədir”.

BOKT-u təbrik edən fəxri qonaqlar çıxışlarını yekunlaşdırdıqdan sonra, 15 illik fəaliyyəti dövründə çalışan əməkdaşlar xüsusi nominasiyalarla təltif olunublar.

Rəsmi hissənin başa çatması ilə proqram musiqili çıxışlar, rəqslər və əyləncəli oyunlarla davam edib.

Xatırladaq ki "Brand Credit BOKT" MMC 21 noyabr 2011-ci ildə  təsis edilərək Mərkəzi Bankın BKT 9 saylı lisenziyası ilə fəaliyyətə başlamışdır. Hazırda fəaliyyətini Bakı və Bərdə şəhərlərində davam etdirir.  Təşkilatın nizamnamə kapitalı 1 900 000 manat təşkil edir.

Brand Credit BOKT Brand Credit Firudin Qasımov bank olmayan kredit təşkilatı BOKT 15 illik yubiley kredit portfeli 9 milyon manat nizamnamə kapitalı 1 9 milyon anat maliyyə göstəriciləri kredit bazarı Azərbaycanın BOKT sektoru kredit təşkilatları Mərkəzi Bank maliyyə xidmətləri Bakı Bərdə müştəri məmnuniyyəti korporativ inkişaf.
25.11.2026 13:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19