"Çiftlik Bank"ın 25 yaşlı İcraçı direktoru şirkəti təhvil verib
"Çiftlik Bank"ın 25 yaşlı İcraçı direktoru şirkəti təhvil verib və rəhbərlikdən ayrılıb.
İki nazirliyin əməliyyat üçün hərəkətə keçdiyi virtual ferma oyunu "Çiftlik Bank"ın sahibi 25 yaşlı Mehmet Aydın şirkətdəki səhmlərini təhvil verib və şirkətlə bütün əlaqəsini kəsib. "Marja" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Yaratdıqları virtual sistemlə yüksək qazanc vədi müqabilində vətəndaşlardan pul yığan "Çiftlik Bank" əvvəl Bursada olan mərkəzi ofisini 23 Oktyabrda İstanbula köçürüb.
Sonra şirkətin sahibi Mehmet Aydının şirkətin kapitalında 15 milyon TL payı olduğu ortaya çıxıb. Aydın, 22 Dekabrda sahib olduğu şirkət səhmlərini "Fame Game Hayvancılık Sanayi" adlı şirkətə təhvil verib və proses bu gün başa çatıb. Bu şirkətin sahibi olaraq isə mərkəzi oifisi Kiprdə yerləşən "Famegame Software LTD" görünür.
215 MİLYON TL SƏRMAYƏNİN SAHİBİ OLAN ŞİRKƏTİN KAPİTALI 10 MİN TL-DİR
Əməliyyat keçirilən "Çiftlik Bank"ın əsl sahibi rəsmi sənədlərdə Kiprdə qeydiyyatda olan "Famegame Sofware LTD" kimi görünür. Bu şirkətin kapitalı 10 min TL-dir. Ancaq bu şirkətin sahibi olduğu və Türkiyədə qeydiyatda olan "Fame Game Hayvancılık Sanayi ve Ticaret A.Ş"nin kapitalı 200 milyon TL-dir. "Fame Game Hayvancılık Sanayi ve Ticaret A.Ş" isə kapitalı 15 milyon TL olan "Çiftlik Bilgi İşlem Bilişim Tarım Hayvancılık Ticaret Limited" adlı şirkətin sahibi olub. "Çiftlik Bilgi İşlem Bilişim Tarım Hayvancılık Ticaret Limited" şirkəti də "Çanakkale Dora Gıda Ticaret Limited" şirkətinin sahibi kimi görünür.
"Çiftlik Bank"ın rəhbəri bildirmişdi ki, sistemə Azərbaycandan da sərmayə yatıranlar var. Xaricdən yatırılan vəsaitlər vergi olmadığı üçün Kiprdəki ofşor zonada yığılır və sonra Türkiyəyə transfer edilir. Daha ətraflı: http://marja.az/news/18267
ARAŞDIRMALAR DAVAM EDİR
Türkiyənin Gömrük və Ticarət Nazirliyinin səlahiyyətliləri, "Çiftlik Bank" ilə bağlı əhatəli olaraq başlanılan müfəttiş araşdırmalarının davam etdiyini, araşdırmalarda 2 müştərək şirkətin ortaya çıxardığını və iddia edilən 80 mağazalar ilə bağlı da araşdırma aparıldığını deyib. Müfəttişlərin araşdırma nəticəsiləri Gömrük və Ticarət Nazirliyi yanında İstehlakçının Qorunması və Bazar Nəzarəti Baş İdarəsinə və Reklam Şurasına təqdim olunacaq, qanun pozuntuları olsa müvafiq addımlar atılacaqdır.
Digər tərəfdən, Türkiyənin Kapital Bazarları Palatası (SPK) bu gün verdiyi açıqlamada "Çiftlikbank"a əl qoyduğunu və "piramida satış sisteminin" xüsusiyyətlərini özündə ehtiva etdiyi üçün cinayət işi açılacağını bəyan edib.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 19 d. əvvəl
-
1 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























