Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Çoxları Azərbaycanda alınmayacaq deyirdi, bu şirkət isə mümkün olduğunu sübut etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çoxları Azərbaycanda alınmayacaq deyirdi, bu şirkət isə mümkün olduğunu sübut etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Düz 1 il əvvəl dünya nəhənglərindən qorxmayaraq Azərbaycanın “Technol” markası mühərrik və sənaye yağları bazarına daxil oldu. Çoxları Azərbaycan istehsalı mühərrik yağlarının alınmayacağını, bu şirkətin tezliklə bağlanacağı barədə fikirlər səsləndirirdi. “Technol”un 1 illik uğurları isə bu işin mümkün olduğunu sübut edir.

 

Reklam_3_11

Yanvarın 28-də “Technol”un 1 yaşı Bakıda “Fairmont” mehmanxanasında qeyd edilib.

 

Tədbirin rəsmi hissəsindən öncə “Technol” şirkətinin İcraçı direktoru Murad Rəfiyev “Marja”nın suallarını cavablandırdı.

 

1125 NÖQTƏDƏ “TECHNOL” YAĞLARI SATILIR

 

Gənc kollektivləri sayəsində 1 il öncə qarşıya qoyulmuş hədəflərin aşıldığını bildirən Murad Rəfiyev 2018-ci ilə daha böyük planlar ilə başladıqlarını qeyd etdi:

 

“İstehsala başladığımız vaxtdan 1 il keçir. Sevindirici haldır ki, biz qarşıya qoyduğumuz hədəflərə 1 ildən də qısa müddətdə çata bildik. Bu gün pərakəndə bazarda 1125 satış nöqtəsinə çatmışıq, 195 böyük şirkətlə korporativ müqavilələrimiz var. Bu şirkətlər sənaye avadanlıqları və avtomobilləri üçün “Technol” yağları alırlar. Bunlardan başqa bir il ərzində dövlət təşkilatları və şirkətlərinin keçirdiyi 9 tenderin qalibi olmuşuq. Onlardan Azərbaycan Respublikasının Müdafiə, Ədliyyə, Səhiyyə nazirliklərinin, SOCAR, Azərkimya, Xəzər Dəniz Gəmiçiliyi şirkətlərinin adlarını çəkmək istəyirəm. Fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan ordusunun bütün növ texnikalarını yağlar ilə bizim şirkət təmin edir. Eyni zamanda, biri Bakıda, digəri isə Sumqayıtda olmaqla şirkətimizin 2 firma mağazası fəaliyyət göstərir”.

 

İSTEHSALI DƏSTƏKLƏYƏN GÜCLƏR ARTIRILIB

 

Murad Rəfiyev bildirdi ki, müştəriləri fasiləsiz hazır məhsul ilə təmin etmək üçün xammal çənlərinin tutum gücü artırılıb: “Biz bir il əvvəl fəaliyyətə başladıqda xammal çənlərimizin tutum gücü 1000 ton idi. Bu gün isə 4500 ton tutum həcmində çənlərə malikik. Qatqı və yarımfabrikat anbarımız yox idi. Bu gün 1200 ton tutum gücünə mailik anbar tikmişik. Hazır məhsul anbarımızın gücü 1000 tondan 2500 tona qaldırılıb. Bütün bu güclər gündəlik 140 ton olmaqla illik 50 min ton hazır məhsul istehsal etməyə imkan verir. Satışlarımızı daha da artıraraq istehsal gücümüzü tam mənimsəmək niyyətindəyik”.

 

“2018-ci ildə yeni məhsullar ilə bazara çıxacağıq” deyən Murad Rəfiyev sözlərinə belə davam etdi:

 

“2017-ci ildə ATF yağlarının, litol, solidol və antifrizlərin istehsalına başlanılıb. Bu il mühərrik və sənaye yağlarının yeni çeşidlərinin istehsalına başlayacağıq. “Technol” Azərbaycanda ilk dəfə tam sintetik yağın istehsalını həyata keçirib. Bizim mühərrik yağlarımız tam sintetik yağlardır”.

 

Çoxları Azərbaycanda istehsal olunan sürtgü yağlarının keyfiyyətinə şübhə ilə yanaşır. Şirkətin İcraçı direktorunun sözlərinə görə, bu stereotip (müəyyən düşüncəyə bağlılıq) yavaş-yavaş ortadan qalxır. “Technol” mühərrik yağının sığortalanması alıcıları daha cəsarətli edir:

 

“Bütün məhsullar yüksək keyfiyyətlə istehsal olunmaqla yanaşı “PAŞA Sığorta” şirkəti tərəfindən məsuliyyət sığortası ilə sığortalanıb. Bu da məhsulumuzun keyfiyyətindən tam əmin olmağımız anlamına gəlir. Əgər avtomobilin mühərrikində, sürətlər qutusunda və ya sənaye müəssisəsində avadanlıqda bizim yağa görə texniki nasazlıq yaranarsa, dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanır. Bu zaman rəsmi servisin rəyi tələb olunur. İndiyədək 3 milyon manatlıq təminatları ehtiva edən sığorta müqavilələri imzalanıb. Bugünədək heç bir şikayət, sığorta hadisəsi olmamışdır”.

 

İSTEHSAL VƏ SATIŞ RƏQƏMLƏRİ

 

Murad Rəfiyev şirkətin bəzi malliyyə göstəricilərini də açıqladı:

 

“Technol” şirkəti 1 il ərzində təxminən 10 milyon manat dəyərində 5000 ton hazır məhsul istehsal edib. 1 il ərzində satdığımız məhsulların dəyəri isə təxminən 7.5 milyon manatdır. Qalan məhsullar pərakəndə şəbəkədə satışdadır. Biz mühərrik yağları bazarında 5-10 faz civarında bazar payına çata bilmişik”.

 

2 ÖLKƏYƏ İXRAC OLUNUR

 

“Technol” investisiya təşviqi sənədi almış ilk şirkətdir. 7 il vergi güzəştləri əldə etmiş şirkət idxalı əvəzləyən məhullar istehsalçısı kimi xarici bazarlara da çıxmağı bacarıb:

 

“Biz 1 il ərzində Türkiyə və Gürcüstana ixraca başlaya bildik. 2018-ci ildə digər ölkələrin bazarlarına daxil olmağa çalışacağıq. Verdiyimiz komisyon faizi yüksək olduğuna görə, distribyuterlər bizimlə işləməkdə maraqlıdırlar”.

 

82 ÇEŞİDDƏ MƏHSUL İSTEHSAL EDİLİR

 

“Technol”un 1 yaşı münasibətilə keçirilən tədbirin rəsmi hissəsində çıxışlar oldu.

 

Direktor Murad Rəfiyev şirkətin 1 yaşı ilə bağlı illik hesabatı qonaqların diqqətinə çatdırdı: “İlk ilimizdə bir neçə beynəlxalq sertifikat almışıq ki, bura İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sertifikatı, İSO 14001:2015 Ekoloji İdarəetmə Sertifikatı, ISO 17025:2005 beynəlxalq laboratoriya idarəetmə standartı üzrə sertifikatlar daxildir”.

 

M. Rəfiyev qeyd etdi ki, müəssisədə toplam  82 çeşiddə məhsul istehsal edib: “Bura Universal mühərrik yağları, dizel yağları, transmisiya yağları, gress, gəmi, digər sənaye yağları daxildir”.

 

Tədbirdə çıxış edən şirkətin texnoloqu, kimya mühəndisi Ayşegül Çelikkesen bildirdi ki, texnologiyanın inkişafı və müştərilərin ehtiyacları ilə bağlı olaraq hər həftə yeni məhsul çeşidi istehsal olunur. “Technol” sənaye müəssisələrində tələb olunan bütün yağ və qatqıları istehsal edə bilir. Bu gün, qidaların istehsal olunduğu müəssisələrdə çarxların yağlanması daxil bir sıra avadanlıqlarda “Technol” məhsullarından istifadə olunur.

 

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin direktor müvini Fikrət Qurbanov bildirdi ki, “Technol” şirkətinin uğurlarında dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərinin payı var. “Technol” investisiya təşviqi almış şirkətdir. İnvestisiya təşviqi sənədi 7 il vergi güzəştlərini və layihə çərçivəsində idxal olunan avadanlıqların gömrük rüsum və verigilərdən azad olunmasını ehtiva edir. Bu günədək investisiya təşviqi sənədləri üzrə 2 milyard manatdan artıq invstisiya yatırılıb.

 

Tədbirdə, “Technol”un beynəlxalq tərəfdaşlarından olan "Chevron" şirkətinin nümayəndəsi Kerem Tercan da çıxış etdi.

29.01.2018 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ