"Ən pis çöküş olacaq"
Dünyaca məşhur investor və maliyyə mütəxəssisi Cim Rocers (Jim Rogers), hazırda daha çox qlobal borc olduğunu, bu səbəbdən növbəti "ayı" bazarının həyatında gördüyü ən pis tənəzzül olacağını deyib.
"Ayı" bazarı - indeks və ya səhmin qiymətinin ən yüksək səviyyəsindən ən azı 20% düşməsinə deyilir.
"Marja" Anadolu agentliyinə istindən xəbər verir ki, Rocers, son "ayı" bazarının reallaşmasından təxminən 8-9 il keçdiyini söyləyib.
Rocers, "Bu fövqəladə haldır... Normalda hər 4-8 ildən bir "ayı" bazarı yaranır. Hazırda vaxt keçmişdir. Amma "ayı" bazarı yarananda çox ciddi olacaq. Növbəti "ayı" bazarı mənim bütün həyatımda gördüklərim içərisində ən pisi olacaq",- deyib.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
2008-də böyük bir problem olduğunu, borcun çox yüksək səviyyədə olduğunu və o zamandan bu yana borcluluq nisbətinin demək olar ki, hər yerdə çox sürətli bir şəkildə artdığını qeyd edən Rocers, "Hazırda daha çox qlobal borc var. Bu səbəbdən növbəti "ayı" bazarı, mənim həyatımdakı ən pis çöküş olacaq",- deyib.
Qlobal maliyyə böhranlarının bir gündə baş vermədiyini, şərtlərin zaman içərisində yetişdiyini dilə gətirən Rocers, "Bazarlar yavaşca düşməyə başlayır. Bir neçə il sonra hər kəs böhranın içərisində olduğunu dərk edir. Böyük dəyişikliyi, son gününə qədər hiss etməzsiniz. 2007-ci ildə İslandiya iflas edəndə kimsə anlamadı. Sonra İrlandiya iflas etdi və "Lehman Brothers" batdı".
EHTİMAL OLUNAN BİR BÖHRANIN İLKİN ƏLAMƏTLƏRİ
Cim Rocers, hazırda hələ də qlobal iqtisadiyyatda mümkün böhranın ilkin əlamətlərinin olduğunu deyərək, "Latviyada bank sistemi iflas etdi. Əminəm ki, bir çox insan Latviyaya fikir vermədi. Orada bunlar olarkən, Çinin bəzi şirkətləri problem yaşayır. ABŞ-da bəzi pensiya şirkətlərinin də problem yaşayacağını görəcəyik",- ifadələrini istifadə edib.
İnkişaf edən bazarların mümkün qlobal iqtisadi böhrana qarşı hazırlıqlı olması lazım olduğunu vurğulayan Rocers, inkişaf edən iqtisadiyyatların mümkün qədər borclarından xilas olması və kapital axınından çox mümkün qədər öz daxili maliyyələşdirmə imkanlarına yönəlməsi lazım olduğunu söyləyib.
ABŞ Mərkəz Bankının (Fed) pul siyasətini də dəyərləndirən Rocers, bunları qeyd edib:
"Fed, siyasət faizini artıracaq. İnkişaf edən iqtisadiyyatlar isə yumuşaq pul siyasətlərindən istifadə etməyə davam edəcəklər. İnkişaf edən iqtisadiyyatlar hazırda valyuta böhranı ilə qarşı-qarşıyadırlar. Çünki ABŞ dolları get-gedə güclənir və inkişaf edən iqtisadiyyatların borcları da dollarladır. ABŞ dollarındakı möhkəmlənmə bəzi inkişaf edən bazarlara zərər verəcək".
"MÜHARİBƏ OLSA NEFT QİYMƏTLƏRİ ÇOX YÜKSƏLƏCƏK"
Rocers, "Amerika müharibə istəyir. Ümid edirəm ki, belə bir şey olmaz. Çin, Cənubi Sakit Okean, İran, Suriya, Rusiya. Hazırda hər yerdə qarışıqlıq var. Risk nə qədər uzaqda olsa da, riskdir. Orta Şərqdə müharibə olacağı halda neft qiymətləri artacaq",- deyib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
-
17 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
Ən çox oxunanlar
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB




















.jpg)




