İranlı nazirin açıqlaması nefti bahalaşdırır
İranın neft naziri Jabbar al-Luaibi, Reuters-ə verdiyi açıqlamada, bazarın sabit və qiymətlərin yaxşı olmasına görə, hasilatın artırılmasının OPEC-in masasında olmadığını deyib.
Bu açıqlama, Səudiyyə Ərəbistanı və Rusiyanın ötən həftə verdikləri açıqlama ilə ziddir. Səudiyyə Ərəbistanı və Rusiya, təklif artıqlığının ortadan qalxması və qiymətlərin 3.5 ilin ən yüksək səviyyəsinə çıxmasının ardından hasliatı artırmağa hazır olduqlarına işarə etmişdilər. Bu işarə qiymətlərin 80 dollardan geriləməsinə səbəb olmuşdu.
Ötən ay xam neftin qiyməti ABŞ-ın İrana yenidən sanksiya tətbiq edəcəyini açıqlaması və Venesuelada hasilatın iqtisadi və siyasi böhrana görə sürətlə düşməsinin bazarda kəsir yaradacağına dair narahatlıqları artırması ilə 80 dolları keçmişdi. Sonra qiymətlər, OPEC və tərəfdaşlarının hasilatı artıracağı xəbərilə 10 faiz düşdü.
"Marja" xəbər verir ki, İranın neft nazirinin açıqlamasından sonra neft bahalaşmağa başlayıb. Artıq Brent nefti 0,6% bahalaşaraq yenidən bareli 76 dollara yaxınlaşıb.
ABŞ-da hasilatın artması və OPEC-in hasilatı artırmağa hazırlaşdığı barədə xəbər ilə Brent nefti 73 dollar səviyyələrinədək düşmüşdü.
İnvestorlar OPEC-in hasilatın azaldılması müqaviləsi üzrə atacağı addımlara dair daha aydın işarələr axtarır.
İyunun 22-23-də Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçiriləcək. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
58 d. əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
1 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
2 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq

















.jpg)




