"Rolls Royce" 4600 nəfəri işdən çıxaracaq
134 illik tarixə malik,İngiltərənin dünya şöhrətli "Rolls Royce" şirkəti, fəaliyyətlərini sadələşdirmə və 2020-ci ilin sonuna qədər ildə 400 milyon funt-sterlinq qənaət etmək planının tərkib hissəsi kimi 4600 nəfəri işdən çıxaracaq.
"Marja" xəbər verir ki, Şirkətin İcraçı direktoru Uorren East tərəfində elan edilən plana görə, işçi güvvəsi təxminən 10 faiz azaldılacaq və 2020-ci ilə qədər ildə 400 milyon funt-sterlinq qənaət ediləcək.
İşdən çıxarmalar 2018, 2019, 2020-ci illərdə həyata keçiriləcək.
"Rolls Royce", bir müddətdir Trent 1000 mühərriklərindəki kompressor problemi səbəbindən müştərilərilə problem yaşayırdı.
Bu ixtisarın, şirkətin 2001-ci ildə baş verən 11 Sentyabr terror hücumundan sonra aviasiya sektorunda baş verən böhranın ardından ən geniş miqyaslı işdənçıxarma olduğu bildirilir. "Rolls Royce", 2001-ci ildə 5 min adamın işinə böhran səbəbilə son vermişdi.
İxtisar edilənlərin üçdə ikisi, 15 min 700 nəfərini çalışdığı İngiltərənin Derby şəhərindəki ümumi mərkəzdən olacaq, ancaq mühəndislər bu ixtisardan təsirlənməyəcək.
"Rolls Royce"in İngiltərədə 26 min, dünya üzrə 55 min əməkdaşı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ölmüş heyvanların utilizasiyası üçün xüsusi müəssisələr yaradıla bilər
-
3 saat əvvəl
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
-
3 saat əvvəl
Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub
-
4 saat əvvəl
Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
Ən çox oxunanlar
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Azərbaycanda əhalinin nə yediyinə dair məlumat bazası yaradılacaq
Azərbaycanda dietoloqlar qeydiyyata alınacaq - nəzarət gücləndirilir
Azərbaycan yumurtası üçün yeni ixrac bazarları açılacaq




























