Rusiyaya OPEC-ə qoşulmaq təklif olunub
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiyaya müşahidəçi ölkə kimi kartelə qoşulmağı təklif edib.
Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) sədri Xalid Əbdüləziz Al Falih deyib.
“Rusiyanı müşahidəçi qismində OPEC-ə qoşulmağa dəvət etmişik. Bu təklifin nəzərdən keçirildiyini düşünürük və Rusiyadan rəsmi olaraq qəbulla bağlı istəyin bildirilməsini səbirsizliklə gözləyirik. OPEC-ə üzv bütün ölkələr Rusiyanın iştirakından razı qalacaqlar”, - deyə nazir bildirib.
“Sputnik” agentliyinin verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak rəsmi Moskvanın OPEC-in bu təklifini diqqətlə araşdırdığını deyib.
Rusiya OPEC-də müşahidəçi olmağa hazırdır? - sualına cavab olaraq A.Novak deyib: “Belə bir təklif həqiqətən var və nəzərdən keçirilir. Biz hazırda bu təklifi diqqətlə araşdırırıq”.
Qeyd edək ki, iyunun 22-də Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasında OPEC+ üzrə neft istehsalının gündəlik 1 milyon barrel artırılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Konqo OPEC-ə 15-ci üzv ölkə kimi qəbul edilib, OPEC Nazirlər Şurasının növbəti – 175-ci iclasının bu il dekabrın 3-də Vyanada keçirilməsinə qərar verilib, eləcə də OPEC üzrə cari ilin may ayında neft hasilatının azaldılmasına dair sazişə 152 faiz əməl olunduğu bildirilib.
İyunun 23-də Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclasında isə nazirlər JMMC-nin tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarını müzakirə edib, nəticədə OPEC+ üzrə neft hasilatının hədəf olaraq sutkalıq 1 milyon barrel artırılmasına razılıq veriblər.
Birgə Monitorinq Komitəsi çərçivəsində hansı ölkənin öz neft hasilatını nə qədər artıracağı məsələsi müzakirə ediləcək və razılaşdırılacaq. Neft hasilatının artırılmasına bu il iyulun 1-dən başlanacaq. OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi neft hasilatının könüllü şəkildə artırılmasına və ümumi uyğunluq dərəcəsinə nəzarət edəcək, həmçinin də OPEC və qeyri-OPEC Nazirlər Şurasına bu barədə hesabat verəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 54 d. əvvəl
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
Ölmüş heyvanların utilizasiyası üçün xüsusi müəssisələr yaradıla bilər
-
1 saat əvvəl
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
-
1 saat əvvəl
Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub
-
1 saat əvvəl
Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
-
2 saat əvvəl
Azərbaycanda əhalinin nə yediyinə dair məlumat bazası yaradılacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
AYNA 30-dan çox avtobus marşrutunu müsabiqəyə çıxardı
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Ən çox oxunanlar
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Azərbaycanda əhalinin nə yediyinə dair məlumat bazası yaradılacaq
Azərbaycanda dietoloqlar qeydiyyata alınacaq - nəzarət gücləndirilir
Azərbaycan yumurtası üçün yeni ixrac bazarları açılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























