Mingəçevir İES-də baş verən qəza ilə bağlı rəsmi məlumat
"Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib".
Bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub:
"Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Məlumatda o da qeyd olunub ki, əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir.
Gəncədə elektrik enerjisinin verilişi bərpa olunub.
Ötən gecə qəza baş verən andan təxminən bir saat sonra qərb bölgəsində olan rayon və şəhərlərə enerjinin verilişinin bərpa edilməsinə başlanılıb.
Saat 06.30-a kimi enerji verilişinin tam bərpa edildiyi bildirilir.
XXX
Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır.
FHN-dən verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”, deyə FHN rəsmisi bildirib.
Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.
"Azərenerji" rəsmisi: "Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə tam təmin olunub"
Azərbaycanın rayonlarına elektrik enerjisi verilişinin statistikası açıqlanıb.
Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının verdiyi məlumata görə, ölkənin şimal və qərb rayonları, həmçinin Bakının Yasamal rayonu elektrik enerjisi ilə tam təmin olunub: "Bu göstərici Mərkəzi Aran bölgəsində 60 faiz, Bakının Sabunçu rayonunda 30 faiz, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz, Nizami rayonunda 10 faizdir".
Y. Babanlı bildirib ki, həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib: "Qısa müddətdə ölkənin digər bölgələrində də enerjinin verilişi təmin ediləcək"
XXX
Bakıda dövlət əhəmiyyətli obyektlərin hamısında elektrik enerjisi təminatı bərpa olunub
"Bakı şəhəri üzrə birinci kateqoriyalı obyektlər- xəstəxanalar, Bakı Metropoliteni, Heydər Əliyev Beynəlxalq Hava Limanı, su və kanalizasiya sistemi, hərbi hissələr və dövlət əhəmiyyətli digər obyektlərə elektrik enerjisinin verilişi tam bərpa olunub".
Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, digər ərazilərdə də "Azərişıq" hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir.
XXX
Pərviz Şahbazov: “Bütün strateji obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub”
Azərbaycanda bütün strateji əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub.
Bunu açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib.
“Elektrik enerjisi olmayan yerlərdə də yaxın saatlarda problem aradan qalxacaq”, deyə nazir qeyd edib.
P. Şahbazov əlavə edib ki, hazırda elektrik kəsintisi ilə bağlı problemin aradan qaldırılması üzrə işlər davam etdirilir və yaxın saatlarda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat tam bərpa olunacaq.
XXX
Mingəçevir İES-da baş verən hadisə Azərbaycan prezidentinin nəzarətindədir
Mingəçevir İES-da baş verən hadisə ilə əlaqədar Azərbaycan prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir:
“İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.
XXX
Kəmaləddin Heydərov: " Artıq qəza baş vermiş blokda bərpa işləri aparılır"
"Heç bir panikaya, narahatlığa əsas yoxdur"
"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb".
Bunu açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.
"Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır"-deyə, nazir qeyd edib.
K. Heydərov bildirib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: " Heç bir panikaya, narahatlığa əsas yoxdur".
XXX
Mingəçevirdə İES-də yanğın söndürülüb.
Partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.
Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.
Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.
XXX
Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.
FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.
Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© APA
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
4 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
4 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 4 saat əvvəl
-
9 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 9 saat əvvəl
-
10 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Ən çox oxunanlar
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb






















