8 ildə 1-ə 22 qazanıblar
Elon Musk-ın ötən günlərdə atdığı bir "tweet" ABŞ-da böyük mübahisə yaradıb.
Musk, "Tesla-nın səhmini 420 dollardan birjadan çıxarmağı qiymətləndirirəm. Maliyyəsi həll edilib", - deyib. Bu açıqlamadan sonra şirkətin səhmləri də 387 dollarla qalxaraq indiyə qədər gördüyü ən yüksək səviyyəyə çatıb.
"Marja" xəbər verir ki, şirkətin səhmləri sonra bir az ucuzlaşsa da Çərşənbə gününü 379 dollardan tamamlayıb. Tesla-nın bazar dəyəri isə 61 milyard dollara qalxıb.
2010-ci ildə ilk dəfə birjaya çıxan (İPO) zaman Tesla-nın bir səhmi 17 dollar idi. Aradan keçən dövrdə Model 3 və Model X kimi çox mühüm modelləri bazara çıxaran şirkətin səhmləri kəskin bahalaşıb.
Tesla səhmləri 8 ildə 22 dəfədən çox qiymət artımı göstərib. Bir başqa ifadə ilə 2010-ci ildə 1000 dollarlıq şirkət səhmi alan bir sərmayəçinin hazırda 22 min dollardan artıq pulu var.
Digər tərəfdən, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən Elon Muskın belə mühüm bir açıqlamanı nə üçün "Twitter" üzərindən edildiyi və bunun investor hüquqlarının qorunması qaydalarına uyğun olub olmadığına dair istintaq aparacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
3 d. əvvəl
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb
-
-
8 d. əvvəl
Bank of Baku-dan SOCAR işçilərinə özəl şərtlərlə 80.000 AZN-dək kredit
-
45 d. əvvəl
Azərbaycanın Neft Fondu Asiyanın iri investorları ilə bir Şurada
-
1 saat əvvəl
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
-
3 saat əvvəl
“Diadem” şirkətinin gəlirləri 10 milyon manat azalıb, illik zərəri 6,5 milyon manata yüksəlib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda yeni kağız və gigiyenik məhsullar zavodu açıldı - 27 milyon manat sərmayə, 240 daimi iş yeri
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
Kommersiya qurumlarının sayı 6,6 faiz artıb
Sentyabrın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bakıda yeni kağız və gigiyenik məhsullar zavodu açıldı - 27 milyon manat sərmayə, 240 daimi iş yeri
Məqsədli büdcə fondları ləğv ediləcək
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı!
“Unibank”ın sədr müavini vəzifədən ayrılıb
AzInTelecom media nümayəndələri üçün təlim keçirib
“NİZAMİ CİTY” - şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya - VİDEO ®






















