Şahdağda daha sərfəli istirahətin sirri
Expressbank dəyərli müştəriləri üçün eksklüziv imkanlar təklif edir. Belə ki, ExpressClub layihəsi çərçivəsində tərəfdaşlar sırasına yeni əlavə olunmuş “Şahdağ” Turizm Mərkəzinin qonaqları burada yerləşən bir sıra otel və restoranlarda istirahət zamanı ödənişi Expressbank-ın plastik kartları ilə edərkən 10% “cash back” qazanacaqlar. Yəni, xərclədikləri vəsaitin 10%-i kartlarına geri qayıdacaq.
“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cash back”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cash back” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.
Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olmaq kifayətdir! Bunun üçün şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsi ilə online sifariş etmək yetərlidir.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb






















