Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatında geriləmə 4%-ə yaxınlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatında geriləmə 4%-ə yaxınlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlandı


2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 milyard 433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalması olmuşdur.

Əlavə dəyərin 37,5 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,6 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olmuşdur. 


Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. 


Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,5 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. 


Mədənçıxarma sektorunda neft hasilatı 1,5 faiz, əmtəəlik qaz hasilatı isə 4,9 faiz azalmışdır.

 
Emal sektorunda qida məhsullarının istehsalı 4,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,1 faiz, kağız və karton istehsalı 7,3 faiz, poliqrafiya məhsullarının istehsalı 1,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,9 faiz, kompüter və elektron məhsulların istehsalı 10,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,9 faiz, mebel istehsalı 10,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 42,6 faiz artmış, içkilərin istehsalı 12,9 faiz, tütün məmulatlarının istehsalı 12,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 65,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,9 faiz, tikinti materiallarının istehsalı 11,4 faiz, maşın və avadanlıqların istehsalı isə 14,5 faiz azalmışdır. 


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalmışdır. 


Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9 faiz artmış, neft sektorunda isə 1,3 faiz azalmışdır. 
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2016-cı il vəziyyətinə 383,8 milyon manatlıq hazır məhsul olmuşdur. 


Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Dekabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,3 min hektar əkin sahəsindən 3060,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 min ton çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil etmişdir. 


Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 880,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,7 min ton çox kartof, 1235,4 min ton (21,3 min ton az) tərəvəz, 464,5 min ton (20,0 min ton az) bostan məhsulları, 876,2 min ton (4,4 min ton az) meyvə və giləmeyvə, 134,4 min ton (18,4 min ton az) üzüm, 1002,1 ton (426,2 ton çox) yaşıl çay yarpağı, 283,5 min ton (114,6 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3594,0 ton (127,9 ton çox) tütün yarpağı yığılmışdır. 


Noyabr ayının 28-nə sahələrdən 78,2 min ton (43,9 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmişdir. 


2016-cı ilin yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6 faiz çox diri çəkidə ət, 1833,0 min ton (3,1 faiz çox) süd, 1470,6 milyon ədəd (4,8 faiz çox) yumurta, 16,5 min ton (1,6 faiz az) yun istehsal olunmuşdur.

 
2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,1 faiz artmışdır. 
Gələn ilin məhsulu üçün 993,5 min hektar sahədə şum qaldırılmış, 801,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 524,1 min hektar sahəyə buğda, 276,7 min hektar sahəyə arpa və 0,2 min hektar sahəyə digər payızlıq bitkilər səpilmişdir. 


2016-cı ilin yanvar-noyabr aylarında əsas kapitala 13,0 milyard manat məbləğində, yaxud əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,0 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 10486,0 milyon manatı və ya 80,6 faizi məhsul istehsalı obyektlərinin, 1993,4 milyon manatı (15,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 529,7 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 1519,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5331,0 milyon manatını və ya 41,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 9445,2 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 


Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 202,6 milyon ton yük və 1746,5 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,5 faiz azalmış, sərnişin daşınması isə 2,0 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur. 
Yüklərin 63,9 faizi avtomobil, 26,6 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. 


Sərnişinlərin 88,5 faizi avtomobil, 11,3 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır. 


İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1448,0 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 4,4 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 


2016-cı ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 26329,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 6805,0 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,7 faiz artmış, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,1 faiz azalmış, ticarət şəbəkəsində 13098,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13231,3 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 14153,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7195,7 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 6958,0 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 237,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 13,4 faiz, o cümlədən ixrac 16,9 faiz, idxal isə 8,2 faiz azalmışdır. Ticarət dövriyyəsinin 36,3 faizi Avropa İttifaqı ölkələrinin, 15,2 faizi MDB üzvü ölkələrinin, 48,5 faizi isə digər ölkələrin payına düşmüşdür. 
İdxalın ümumi dəyərinin 27,1 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü ölkələrinin, 49,1 faizi isə digər ölkələrin payına düşmüşdür. 


İxracın ümumi dəyərinin 45,2 faizi Avropa İttifaqı ölkələrinin, 6,9 faizi MDB üzvü ölkələrinin, 47,9 faizi isə digər ölkələrin hesabına formalaşmışdır. 


2016-cı ilin yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 20,6 faiz azalaraq 973,8 milyon dollar təşkil etmişdir. 


2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,6 faiz artmışdır. 


2016-cı ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 493,8 manat təşkil etmişdir. 


2016-cı ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,9 faiz artaraq 40028,5 milyon manata çatmışdır. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,9 faizi isə yığıma yönəldilmişdir. 


Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 12965,5 milyon manat vəsait daxil olmuş, büdcədən 13927,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 961,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,8 faizi səviyyəsində olmuşdur. 


Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin noyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15820,0 milyon manat təşkil etmiş, onun 12497,1 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il noyabr ayının 1-i ilə müqayisədə 14,8 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil etmişdir. 


Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il noyabr ayının 1-nə 7413,1 milyon manat təşkil etmişdir. 


Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,69 manata (ilin əvvəlindən 1,58 manata), 1 Avroya – 1,83 manata (1,76), 100 Rusiya rubluna – 2,63 manata (2,35) bərabər olmuşdur. 


2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatmışdır.

14.12.2016 11:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ