Bu şəxslər üçün elektrik enerjisi üzrə limitlər müəyyən edildi
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” qərar qəbul edib.
"Marja" xəbər verir ki, qərarda deyilir:
1. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.
3. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:
3.1. faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri), Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun olaraq;
3.2. faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir;
3.3. təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
4. Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.
5. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki:
5.1. aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etsin.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. sonra
-
9 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
16 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 27 d. əvvəl
-
38 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 49 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























