"İnkişaf etmişlər" 1 trilyon 719 milyard dollar böyüyəcəklər
Beynəlxalq Valyuta Fondunun (BVF) təxminlərinə görə, inkişaf etmiş ölkə kateqoriyasına aid olan 37 ölkənin ümumi daxili məhsulu (ÜDM) gələn il 1 trilyon 718,7 milyard dollar artacaq.
Beləcə, 37 inkişaf etmiş ölkənin iqtisadi böyüklüyünün 2018-ci il üçün nəzərdə tutulan 51 trilyon 161,3 milyard dollar səviyyəsindən, 52 trilyon 880 milyard dollara çatacağı təxmin edilir.
"Marja" xəbər verir ki, təxminlərə görə, 37 inkişaf etmiş ölkə arasında ÜDM böyüklüyü baxımından ABŞ birinci yerdədir. ABŞ-ın 2018-ci ilin sonunda 20 trilyon 513 milyard dollar səviyyəsində reallaşacağı nəzərdə tutulan iqtisadi böyüklüyünün, 2019-da 969,4 milyard dollar artaraq 21 trilyon 482,4 milyard dollara çatması gözlənilir.
ABŞ-ın ardından Yaponiya ikinci yeri tutur. Bu ölkənin iqtisadi böyüklüyünün gələn il 149,9 milyard dollarlıq artımla 5 trilyon 220,6 milyard dollara qalxacağı nəzərdə tutulur.
37 inkişaf etmiş ölkə arasında iqtisadi böyüklük baxımından Almaniyanın 4 trilyon 117,1 milyard dollarla üçüncü, Fransanın 2 trilyon 844,7 milyard dollarla dördüncü, İngiltərənin 2 trilyon 809,9 milyard dollarla beşinci və İtalyanın 2 trilyon 112,8 milyard dollarla altıncı yeri tutuacağı gözlənilir.
ƏN KİÇİK "İNKİŞAF ETMİŞ SAN MARİNODUR
BVF-nin, inkişaf etmiş ölkə kateqoriyasında qiymətləndirdiyi 37 ölkə arasında iqtisadi böyüklüyü ən kiçik ölkə San Marinodur. Avropa ölkəsi olan San Marinonun iqtisadi böyüklüyünün 2019-da bu illə müqayisədə17 milyon dollar artaraq 1 milyard 786 milyon dollara çıxacağı təxmin edilir.
İnkişaf etmiş ölkələr arasında 2019-da iqtisadi böyüklük təxminləri baxımından son yerləri tutan digər ölkələr, 15,1 milyard dollarla Malta, 24 milyard 996 milyon dollarla Kipr və 28 milyard 252 milyon dollarla İslandiyadır.
ƏN YÜKSƏK ARTIMIN ÇEXİYADA OLACAĞI GÖZLƏNİLİR
BVF-nin təxminlərinə görə, gələn il iqtisadiyyatı ən sürətli artacaq inkişaf etmiş ölkə Çex Respublikası olacaq. Çex Respublikasının bu il sonunda 244,5 milyard dollar səviyyəsində olması gözlənilən iqtisadi böyüklüyünün, 2019-da 8,2% artaraq 264,5 milyard dollara çatacağı təxmin edilir.
İqtisadi böyüklük artımında Çex Respublikasının ardınca 5,9%-lə İslandiya, 5,7% artımla Honq Konq və 5,6% artımla da Estonyanın gələcəyi nəzərdə tutulur.
ABŞ-ın 2019-cu ilin sonunda çatması gözlənilən 21,5 trilyon dollarlıq iqtisadi böyüklüyü, 37 inkişaf etmiş ölkənin cəmi ÜDM-lərinin 40%-nə bərabər gəlir. ABŞ, ən yaxın rəqibi Yaponiyadan 5 dəfə böyük iqtisadiyyata malikdir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 2 saat əvvəl
-
2 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin






















